vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 3 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
OLAY  
08:36 | 31 avqust 2024 | Şənbə Məqaləyə 311 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nənəsinin icazəsi ilə ...

... Sərnişinlər ağlayan uşağı təyyarədə tualetə kilidləyib

CAVİD

Çində uçuş zamanı ağlayan qız iki əcnəbi tərəfindən tualetə kilidlənib. Ölkənin məşhur sosial media proqramlarından birində paylaşılan videoya görə, qadın sərnişinin tualetdə kilidlənmiş uşağa “Ağlamasan səni bayıra buraxmayacağıq” dediyi eşidilib.

Balaca qızcığaz ağlamağı kəsəndə videonu çəkən qadın onu qucağına alaraq “Bir daha səs-küy salsan, qayıdarıq” deyib.

Hadisə avqustun 24-də ölkənin cənub-qərbindəki Quiyang şəhərindən Şanxaya uçan Juneyao Hava Yollarına məxsus təyyarədə baş verib.

***

Aviaşirkətdən verilən açıqlamada, körpənin nənəsi və babası ilə uçduğu və təxminən 3 saatlıq yol boyu “dayanmadan ağladığı” bildirilib. Açıqlamada bildirilir ki, iki sərnişin nənəsinin icazəsi ilə uşağı “tərbiyə etmək” üçün tualetə aparıblar.

Bununla belə, tənqidlər artdıqca, aviaşirkətin müştəri xidmətləri departamenti insident və “ekipajın diqqətsizliyi” üçün üzr istəyib və iki sərnişinin davranışını pisləyib.

Videonu internetdə paylaşan qadınlardan biri deyib ki, onun məqsədi digər sərnişinlər üçün “rahat uçuş” təmin etməkdir.

Lakin onun paylaşımı qısa zamanda reaksiya ilə qarşılanıb və bir çox sosial şəbəkə istifadəçisi qadını “ürəksiz olmaqda” və “uşağa sataşmaqda” ittiham edib. Video daha sonra silinib.