vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
BÖHRAN  
21:39 | 20 iyun 2017 | Çərşənbə axşamı Məqaləyə 2268 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

III Dünya müharibəsinin 1 metrliyində

ABŞ-la Rusiyanın təyyarələri möcüzə nəticəsində toqquşmadı

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın Su-27 qırıcısı Baltik dənizi üzərində ABŞ Hərbi Hava Qüvvələrinin RC-135 kəşfiyyat təyyarəsinin cəmi 1.5 metrliyindən keçib.

Virtualaz.org xəbər verir ki, bu barədə Fox News telekanalı xəbər yayıb. İnsidentin dünən iyunun 19-da baş verdiyi bildirilir. Rusiya təyyarəsi raketlə silahlı olub, telekanal Su-27 qırıcısının uçuşunun «təxribatçı və xaotik» xarakter daşıdığını bildirir. Hələlik nə Pentaqon, nə Rusiya Müdafiə Nazirliyi bu informasiyanı şərh etməyib.

Rusiya qırıcıları bundan əvvəl dəfələrlə Baltik və Qara dənizin üzərində ABŞ-ın kəşfiyyat təyyarələrinin təhlükəli dərəcədə yaxınlığından keçmişdi. Lakin bu cür insidentlərdə heç vaxt 1.5 metr məsafəsi qeydə alınmamışdı. Təyyarələrin səsdən iti uçduğu nəzərə alınarsa bu, real toqquşma riski deməkdir və ABŞ-la Rusiya arasında münasibətlərdəki gərginliyin nə dərəcədə yüksək olduğunu bir daha göstərir. Bundan əvvəl ABŞ qırıcısı Suriyada Bəşər Əsədin hava qüvvələrinin təyyarəsini vurub, Rusiya buna cavab olaraq Suriya səmasında ABŞ-la koordinasiyanı dayandırıb.