“O biri dünyaya gedən yol”
Əsrarəngiz abidələrin sirri açıldı
XALİDƏ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Bu nifrət cinayətidir”
Şimali İrlandiya polisi müsəlmanlar əleyhinə olan plakatları yığışdırıb
-
İrlandiya Ukraynada soyqırımı tanıdı
Senat dünya ölkələrini Rusiyadan neft, qaz və kömür idxalına qadağa qoymağa çağırıb
-
43 nəfərə “perona non grata” damğası
Avropanın 4 ölkəsi Rusiyalı diplomatları casusluqda günahlandırır
-
London sanksiyalar hazırlayır
Britaniya tanker insidentini cavabsız qoymayacaq
-
Dağıdılan futbolumuzun real üzü
İrlandiya ilə oyun vəziyyətin biabırçı olduğunu açıq-aşkar göstərdi
-
2014-cü il: Atdı - muraddı
Tanrıdan arzumuz budur ki, bu il Azərbaycana uğur gətirsin
-
İrlandiyada aşkar edilən 5 abidənin “axirətə gedən yollar” kimi istifadə olunmaq üçün tikildiyi düşünülür. Arxeoloqların nadir hallarda rastlaşdıqları belə strukturların məqsədi nəhayət başa düşülə bilər.
Neolit dövrünə aid Kursus (Cursus) adlanan strukturlar Britaniyada daha çox rast gəlinsə də, onlara İrlandiyada bəzən rast gəlinir. Torpaqda uzun, ensiz, əhatələnmiş xəndəkvari formasiyaları təmsil edən bu strukturların uzunluğu 350 metr ilə 10 kilometr arasında dəyişir. İrlandiyada tapılan kursusların nə vaxt tikildiyi hələ müəyyən edilməsə də, bu abidələr ümumiyyətlə Neolit dövrünün ortalarına aiddir.
2022-ci ildə lazer şüalarından istifadə edən tədqiqatçılar İrlandiyanın ilk “kursus klasterini” aşkar etməyə müvəffəq olublar. Aprelin 25-də “Antiquity” jurnalında dərc edilən araşdırmanın nəticələrini açıqlayan Ceym Odriskol (James O'Driscoll), bu sirli strukturların sirrini açdığını düşünür.
Tədqiqatda Baltinqlasdakı beş kursusdan ikisinin yay, digər ikisinin isə payız bərabərlik günündə Günəşin doğuşuna görə düzüldüyü qeyd edilib.
Abidələrdən üçü bəzi mühüm dəfn yerləri ilə əlaqəli idi. Xəndəkdən çıxana qədər bunları görməyin mümkün olmadığını deyən Odriskol bunun bilərəkdən edildiyini düşünür.
Ölülərin kursusdan məzarlara aparıldığını təxmin edən tədqiqatçı deyib: “Bizim kifayət qədər məlumatımız olmadığı üçün belə abidələrin funksiyası həmişə mürəkkəb məsələ olub”.
Bununla belə, Baltinqlassdakı bəzi yerlərin dəfn abidələri ilə əlaqəli ola biləcəyini nəzərə alsaq, bu, mənə elə gəlir ki, kursus dəfn mərasimlərində istifadə edilən mərasim abidələri ola bilər və ölülərin ölümdən sonrakı həyata keçməsi üçün fiziki yol kimi xidmət edib.
Odriskol, eyni zamanda, bu dəfn yerlərinin birbaşa arxasından çıxan Günəşin, ilin əsas nöqtələrində kursusun içindən baxıldığında, “mərhumun dirilər ölkəsindən cənnətə son səyahətini simvollaşdıra biləcəyini” ehtimal edib.