
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Şəhərlə əlaqə kəsilib, hərəkət məhdudlaşdırılıb
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Rusiyanın Şərqi Avropaya uzanan neft kəmərinə hücum edilib
“Kreml sabotajla cavab verə bilər”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Kreml isə cavabında 537 PUA, 8 “İskəndər-M” ballistik və 37 qanadlı raketlə hücum edib
Ukrayna ordusu Rusiya üçün “qiyamət günü” hazırlayır?
Böyük Britaniya Müdafiə Nazirliyi “Müdafiə Kəşfiyyatı Yeniləməsi”ni dərc edib. Rusiyanın mayın 4-də öz sərhədləri daxilində Belqorod şəhərinə təsadüfən 500 kiloqramlıq “FAB-500” bombası atması nəticəsində 30 ev və 10 avtomobilə ziyan vurduğu açıqlanıb.
“Daily Mail” qəzeti xatırladıb ki, hadisədən sonra Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov partlayışdan sonra şəhərin Razdobarkina küçəsinin zədələndiyini bildirib.
Böyük Britaniya Müdafiə Nazirliyi, “Bu, yeganə hadisə deyil. Fevralın 18-də Belqorod vilayətindəki Solotiyə də “FAB-250” bombası atılması 150 nəfərin təxliyə edilməsinə səbəb olub".
Media orqanları bu cür atışmaların kifayət qədər tez-tez baş verdiyini və təkcə 2024-cü ilin mart-aprel ayları ərzində Belqorod vilayətində təsadüfən atılan sursatların sayının 20-yə çatdığı iddia edilir. Bu hadisələr Rusiyanın hədəfləri bombalamaqda uğursuzluğuna işarə edir. Bu səhvlərin Rusiya əhalisi üçün dağıdıcı və ölümcül nəticələri var.
Britaniya mediası əvvəllər bu səhvlərin zəif təlim və yorğun əsgərlərin göstəricisi olduğunu irəli sürmüşdü.
Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyi dünən Xarkov vilayətində 5, Donetsk vilayətində isə bir yaşayış məntəqəsinin Rusiya ordusu tərəfindən ələ keçirildiyini bildirib: “Hücumlar nəticəsində Şimal Qüvvələri Qrupunun qoşunları Xarkov vilayətində Borisovka (Borisivka), Oqurtsovo (Ogirtseve), Pletenevka (Pletenivka), Pılnaya (Pilne) və Streleçya (Strileça) yaşayış məntəqələrini, ələ keçirilib. Mərkəzi Qüvvələr Qrupunun da uğurlu fəaliyyəti nəticəsində yaşayış məntəqələri dağıdılıb”. Rusiya rəsmilərinin sözlərinə görə, Keramik qəsəbəsini azad etməklə qondarma donetsk xalq respublikasının bölgədəki mövqelərini möhkəmləndiriblər.
Açıqlamada toqquşmalar zamanı 34 Ukrayna əsgərinin təslim olduğu, Ukrayna ordusuna aid 46 pilotsuz uçuş aparatının (PUA) vurulduğu bildirilib.
Açıqlamada qeyd olunur ki, hərbi əməliyyatın başladığı gündən bu yana 594 təyyarə, 270 helikopter, 23 min 951 PUA, 515 Hava Hücumundan Müdafiə Sistemi, 15 min 981 tank və zirehli texnika, 1286 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 9 min 494 haubitsa və minaatan, 21 600 xüsusi hərbi maşın məhv edilib”.