vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 25 iyun 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
KİNO-TEATR  
11:14 | 2 may 2024 | Cümə axşamı Məqaləyə 1501 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“5 il keçdi”

Oskarlı ulduz həyatındakı “dönüş nöqtəsi”ni açıqlayıb

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

2018-ci ildə yaşadığı asma xəstəliyindən sonra içkiyə marağı azalan Hollivud ulduzu Enn Hetevey (Anne Hathaway) yeni müsahibəsində 5 ildir bir damcı da olsun alkoqol qəbul etmədiyini açıqlayıb.

Hetevey 2019-cu ildə “Ellen DeGeneres” şousuna qatılarkən ilk dəfə içkidən imtina etmək qərarını ictimaiyyətlə bölüşüb. O, özü ilə kiçik oğlu arasında maneələr yaratmamaq istədiyini vurğulayıb.

“New York Times” qəzetinə verdiyi yeni müsahibəsində Hetevey 40 yaşının tamamında sağlamlığı ilə bağlı fikirlərini bildirib: “Dönüş nöqtəsi olaraq təyin etdiyim bir çox başqa şeylər var”, – deyib və sözünə davam edib: “Normalda bu haqda danışmıram, amma 5 ildən çoxdur ki, alkoqollu içki içmirəm. Bu mənim üçün dönüş nöqtəsi kimi hiss olunur. 40 yaş hədiyyə kimidir. Həqiqət budur ki, mən müəyyən şeyləri “orta yaş”la əlaqələndirməkdə tərəddüd edirəm. Çünki mənalar haqqında çox xüsusi ola bilirəm. Məsələn, bu gün məni maşın vura bilər. Bilmirik bu orta yaşdır, ya yox. Biz heç nə bilmirik”.

41 yaşlı aktrisa geniş müsahibəsində onu dünyaya tanıdan “Şahzadənin gündəliyi” filminin (“The Princess Diaries”) üçüncü bölümünün hələ də çəkilə biləcəyini də bildirib. Belə ki, “Şahzadənin gündəliyi 3” ilə bağlı bir şey hazırlanırmı” sualına Hetevey sadəcə olaraq “Bəli” cavabını verib.

Bundan əvvəl Hetevey üçüncü hissənin müzakirə mövzusu olmadığını və bu filmlərin keçmişdə qaldığını söyləmişdi. Heteveyin yeni “Sənin ideyan” filminin mayın 2-də “Amazon Prime Video”da premyerası olacaq. Romantik filmdə Hetevey daha gənc və məşhur bir kişiyə aşiq olan, boşanmış ana Soleni canlandırır.

Robin Linin 2017-ci ildə yazdığı eyniadlı sevgi romanının ssenarisi əsasında çəkilən filmin rejissoru Maykl Şoualterdir.

“Sənin ideyan” filmində Heteveyi dünyaca məşhur gənc pop ulduzu canlandıran 29 yaşlı britaniyalı aktyor Nikolas Qalitzin müşayiət edir.