
“Təsirindən çıxmaq olmur”
Real hadisələrdən ilhamlanan yeni müharibə filmi tam qiymət aldı
Real hadisələrdən ilhamlanan yeni müharibə filmi tam qiymət aldı
İki usta sənətkarı bir araya gətirən kült
Uill Smit qalmaqallı Oskar silləsi haqqında mahnı yazdı
İnnokenti Smoktunovski – psixoloji dərinlik, incəlik və daxili dramatizm ustası
Disneyin çəkdiyi ekran əsərini mobil telefonla çəkilən film səviyyəsinə endirdilər
Kannda tərif qazanan film senzuraya uğrayıb
Polşalı yazıçı Tarkovski ilə niyə dalaşıb?
Nuri Bilgə Ceylanın “Bir Zamanlar Anadolu’da” filmində insan və zaman anlayışı
Ancelina Coli niyə Oskara namizəd olmayıb?
Oskar mükafatlı rejissorun yeni filmi gözləntiləri doğrultmadı
Kino tənqidçiləri Robert De Nironun eyni filmdə iki rolu canlandırmasını bəyənməyib
Rejissor və ssenarist Osman Sınav 69 yaşında dünyasını dəyişdi
Robert De Niro bir filmdəki ikili rollarını ətraflı təsvir edib
... Yaxud Ənvər Həsənovun kino tariximizdəki izi
Ayaz Salayev: “Mən heç vaxt başqa millətdən bir qadınla evlənməzdim”
Mütləq favorit kimi görünsə də, onun Oskar arzusu başqa bahara qaldı
Hazırda “Netflix”in “Zero Day” adlı siyasi triller filmində rol alan əfsanəvi aktyor “Taksi sürücüsü” (“Taxi Driver”), “Yaxşı oğlanlar” (“Goodfellas”) və “Böyük hesablaşma” (“Heat”) kimi bütün zamanların ən yaxşı filmlərində rol alan Robert De Niro, həmişə bütün filmlərini ardıcıl olaraq izləmək istədiyini, lakin buna vaxt tapıb-tapmayacağından əmin olmadığını söyləyib.
Karyerasına 1965-ci ildə başlayan və o vaxtdan Martin Skorseze, Frensis Ford Koppola və Kventin Tarantino kimi rejissorlarla bir yerdə çalışan 81 yaşlı aktyor 100-dən çox filmdə çəkilib. O, həmçinin “Xaç atası II hissə” və “Qəzəbli öküz” filmlərinə görə iki dəfə Oskar qazanıb.
De Nironun şanlı karyerasında əldə etdiyi bütün nailiyyətlərə baxmayaraq, şəxsi həyatında hələ nail olmadığı bir şey var. “Mən həmişə düşünürdüm ki, bütün filmlərimə baxmaq, hamısını nəzərdən keçirmək və onları çəkdiyim ardıcıllıqla izləmək və həyatımda etdiyim hər şeyi sonuncu dəfə izləmək istəyirəm”, – deyə ulduz aktyor bildirib.
“Bunu edəcəyəmmi bilmirəm, amma əvvəllər “mən bunu etmək istərdim”, deyə düşünürdüm”, – aktyor həsrətlə əlavə edib.
Bu yaxınlarda 80 yaşlarında yenidən ata olan De Niro artıq filmlərə baxmağa vaxtı olmadığı üçün uşaq proqramlarının pərəstişkarı olduğunu etiraf edib.
Aktyor fevralın 20-də BBC Radio 2-nin aparıcısı Skott Millsə “Mən lazım olduğu qədər filmə baxmıram”, – deyi.b
“Mən sadəcə olaraq ayaqlaşmaq istəyirəm, amma cari hadisələrə, belə desək, bu kimi xəbər proqramlarına baxıram. İndi kiçik qızım və mən “The Wiggles” və “Ms. Rachel”ə baxıram”
Digər tərəfdən, aktyor “The Guardian” qəzetinə müsahibəsində ABŞ prezidentinin yanvar ayında vəzifəyə başlamasından sonra özünü ümidli və ya ümidsiz hiss edib-etmədiyini soruşduqda Donald Trampın mövzusu ilə bağlı qeyri-adi şəkildə susub.
De Niro “Mən ümidsiz deyiləm” deyə cavab verib.
“Çünki mən həmişə yaxşı tərəfə baxıram və ümid edirəm ki, hər şey öz-özünə düzələcək, insanlar xeyirxahlığı və empatiyanı qiymətləndirəcək və doğru olanı etməyə çalışacaqlar”.
“Bəzi insanlar şeyləri fərqli görürlər”, – deyib.
“Onların fərqli dəyərləri var. Bu məni narahat edir. Mən bunu başa düşə bilmirəm. Amma mən hər şeyə optimist baxmalıyam”.