Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
09:50 | 2 may 2024 | Cümə axşamı
Məqaləyə 1015 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Müəyyən hallarda psixoloji fəsadlar yarada bilər
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
ABŞ-nin 8 böyük qəzeti “ChatGPT” istehsalçısı “OpenAI” və “Microsoft”u müəllif hüquqlarının pozulmasına görə məhkəməyə verib.
Səkkiz Amerika qəzeti, o cümlədən “New York Daily News”, “Chicago Tribune” və “Denver Post” “AI chatbot” istehsalçısı “OpenAI” və onun dəstəkçisi “Microsoft”a qarşı iddia qaldıraraq, texnoloji şirkətləri “AI chatbot”larını öyrətmək üçün icazəsiz milyonlarla müəllif hüququ ilə qorunan xəbər məqalələrindən istifadə etməkdə günahlandırdı. KİV texnoloji şirkətlər barədə heç bir ödəniş ödəmədən “oğurluq” etdiklərini də iddia edib. Qəzetlər öz yazılı açıqlamalarında “Məlumat toplamaq və xəbər hazırlamaq üçün milyardlarla dollar xərclədik. “Biz OpenAI” və “Microsoft”un işimizi oğurlamasına icazə verə bilmərik”, – deyib.
“Microsoft” bu məsələ ilə bağlı şərh verməkdən imtina edib. “OpenAI” öz bəyanatında xəbər təşkilatlarını dəstəkləməyə qayğı göstərdiyini bildirib.
Digər tərəfdən, “New York Times” və bəzi media qurumları daha əvvəl “OpenAI”yə qarşı müəllif hüquqları ilə bağlı iddia qaldırmışdı. Texnologiya şirkətləri süni intellektə öyrətmək üçün İnternetdə açıq olan məzmundan istifadənin ABŞ müəllif hüquqları qanununun “ədalətli istifadə” doktrinasına uyğun olduğunu iddia edirlər. Bəzi hallarda şirkətlər yayımçılara onların məzmunundan istifadə etmək üçün pul ödəyirlər. “Associated Press” xəbər agentliyi keçən il qonorar ödəmək üçün “OpenAI” ilə razılaşdı. Texnoloji şirkət həmçinin Almaniyada “Axel Springer”, İspaniyada “Prisa Media”, Fransada “Le Monde” qəzeti və Britaniyada isə “Financial Times” ilə lisenziya müqavilələri bağlayıb.