«Pulumu istəyirəm»
Tağı Əhmədov Çovdarovun məhkəməsində «Leyli və Məcnun»dan danışdı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Döysəm də düz eləmişəm...”
“Sələmçi Tağı” cəmi bir ay faiz alandan sonra pulların batdığını öyrənib
-
Tağı Əhmədov adam döyüb?
“Bakı Metropoliten”in keçmiş rəisi YAP-ın binasını lombarda döndəribmiş...
-
Tağı Əhmədov əlil arabasında
Bakı metropoliteninin sabiq rəisinin ayaqları tutuldu
-
Akif Çovdarov ölüm ayağında
Ləğv edilmiş Nazirliyin həbsdə olan sabiq rəisi tibb məntəqəsinə köçürülüb
-
«Reket»in beləsi görülməyib
Seks videoları ilə şantaj, məmurların hədələnməsi, daha nələr...
-
«Mən Eldar Mahmudovun üzünə durmamışam»
Akif Çovdarov: «Əleyhinə də heç bir ifadə verməmişəm»
-
Keçmiş nazir üzə çıxdı
Eldar Mahmudovun vəzifədən azad olunduqdan sonra ilk fotosu
-
Mahmudov həbsə gedir?
MTN istintaqında şok hadisə «qara kassa» tutuldu; niyə məhz indi?
-
Eldar Mahmudov Baş Prokurorluğa çağırıldı
Sabiq MTN rəhbəri keçmiş köməkçisinin həbsi ilə əlaqədar dindirilib
-
Çovdarova 12 il həbs verildi
Keçmiş MTN məmuru hər şeyini itirdi - 19 mükafat, bir orden, iki medal, general-mayor rütbəsi alındı və 33 milyonluq əmlakı isə müsadirə olunacaq
-
«Özümü öldürmək istədim ...»
Çovdarov: «... amma fikirləşdim ki, ...»
-
«Böhtan və yalanın dəhşəti ondadır ki...»
4 il cəza alan polkovnik Herodotdan sitat gətirdi
-
Tağı Əhmədovun başı dərddə
Məhkəmə «Bakı Metropoliteni»nin sabiq rəisi ilə bağlı xüsusi qərardad çıxara bilər
-
Materialları diskdən necə silinib?
Çovdarovun cinayət işində Tağı Əhmədovun oğlu ilə bağlı müəmma...
-
«İstəsəm ölkədən elə qaçardım ki, izimi-tozumu tapa bilməzdilər»
MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, həbsdəki general Elçin Quliyevdən «çox şeyi danışacam» anonsu
-
Susmaq razılıq əlamətidir?
Tağı Əhmədovun korrupsiya pullarını hara xərcləməsi haqda ilginc dosye; ortalıqda 200 milyon dollarlıq korrupsiya faktlar var
Bu gün ləğv edilmiş MTN-in idarə rəisi olmuş general Akif Çovdarovun və digərlərinin işi üzrə məhkəmə prosesi davam edib. Virtualaz.org saytının prosesi izləyən əməkdaşının verdiyi xəbərə görə bu günkü prosesin ən maraqlı hissəsi Bakı Metropoliteninin keçmiş rəhbəri Tağı Əhmədovun ifadəsi olub.
Tağı Əhmədov bu iş üzrə zərərçəkmiş kimi tanınıb, o, bundan əvvəl bir neçə dəfə ifadə verməyə dəvət olunsa da hər dəfə müəyyən problemləri çıxırdı və məhkəməyə getmirdi. Nəhayət Tağı Əhmədov Akif Çovdarovun Eldar Mahmudovun tapşırığı ilə ondan təhdid və şantaj yoluyla 3 milyon dollar qoparması epizodu üzrə danışıb.
T.Əhmədov A.Çovdarovun vəkillərinin sualını cavablandırıb. Vəkil ondan soruşub: «sizin Akif Çovdarovdan tələbiniz nədir». T.Əhmədov isə «Leyli və Məcnun» poemasına istinad edib: «Leyli və Məcnunu hamı oxuyub. Bütün dünya bilir ki, əsərdə söhbət nədən gedir. Hətta Leylinin Məcnundan nə istədiyi də məlumdur. İndi də məhkəmədə hər şey aydındır. Siz də savadlı adamsız. Bilmirsiniz ki, mən nə istəyirəm? Verdiyim pulu tələb edirəm».
T.Əhmədov ifadəsində bildirib ki, A.Çovdarov ondan MTN üçün 10 «Gelandewagen» markalı avtomobil alınmasını istəyib: «Ona «yox» cavabını verdim. Həmin vaxt sabiq nazir Eldar Mahmudova zəng elədim. Lakin o, telefonu açmadı. Daha sonra onun köməkçisi ilə danışdım. O bildirdi ki, «nazir sizin işinizi Akif Çovdarova tapşırıb». Eldar Mahmudov mənim yerlimdir. Bir-birimizi çoxdan tanıyırdıq».
Tağı Əhmədov ifadə verdikdən sonra məhkəməni tərk edib və jurnalistlərlə ünsiyyətdən yayınıb. Onlara «sağ olun» deyərək maşına oturub və uzaqlaşıb.
Məhkəmə prosesi və Tağı Əhmədovun ifadəsi barədə geniş reportaj daha sonra saytda yerləşdiriləcək.