vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
02:17 | 23 iyun 2017 | Cümə Məqaləyə 1671 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistan Suriyanı da keçib

Ermənilər xarici ölkələrdə sığınacaq almaq üçün inanılmaz üsullara əl atır, əfsanələr uydururlar

AZƏR, kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın ən ciddi problemi olan miqrasiya ilə bağlı bu ölkənin müvafiq qurumları həyəcan təbili çalmaqda davam edir. Bu dəfə ölkənin Miqrasiya Xidməti maraqlı və sensasion sayıla biləcək bir açıqlama ilə çıxış edib. «Ermənistan vətəndaşları ölkə xaricində sığınacaq almaq üçün ən müxtəlif üsullara əl atır, əfsanələr quraşdırırlar», - deyə bu ölkənin «Qrparak» qəzeti Ermənistanın miqrasiya xidmətinə istinadən yazıb. Qeyd edilir ki, «ən populyar uydurma siyasi baxışlara görə izlənmədir. Bunun ardınca qarışıq nikahlar gəlir. Ər və arvaddan hansısa birinin azərbaycanlı olması və bu səbəbdən də onların nə Ermənistana, nə də Azərbaycana dönə bilməmələri bəhanə gətirilir. Üçüncü yerdə seksual azlıqların, sonuncu yerdə isə «Yeqova şahidləri»nın təmsilçisi kimi qələmə verilmə bəhanələri gəlir».

Beləliklə, Ermənistandakı durumun ağırlığı, min bir bəhanə ilə buranı tərk edib getmək istəyənlərlə bağlı daha bir acınacaqlı fakt. Halbuki, Ermənistan rəhbərliyi bəh-bəhlə bəyan edir ki, 2040-cı ilə qədər Ermənistan sakinlərinin sayı, ən azı, 4 milyon olmalıdır. Miqrasiya Xidməti isə prezidentin fikirlərini və arzularını alt-üst edir. Çox güman ki, Serj 4 milyon dedikdə, beynindən 400 min keçib.

Yeri gəlmişkən, BMT Əhali Fondunun Ermənistan ofisinin icraçı nümayəndəsi Qarik Hayrapetyan bildirib ki, 2040-cı ilədək Ermənistan əhalisinin sayının 4 milyona çatdırılması çətin işdir. O hesab edir ki, Ermənistan 20 il ərzində əhalisinin sayını, heç olmasa, 3 milyona çatdıra bilsə, bu, ölkə üçün çox gözəl göstərici olacaq. «Nəzəriyyədə hər şey mümkündür. Ancaq əgər biz öz imkanlarımızı real hesablamağa çalışsaq, düşünürəm ki, səsləndirilmiş saya nail olmaq yetərincə çətin olacaq. Ancaq əgər səsləndirilmiş rəqəmlərin hətta 50 faizinə belə çatsaq, bu, bizim üçün irəliyə doğru böyük addım olacaq. Əhalinin sayını 300, 400, yaxud 500 min nəfər artıra bilsək, bu, demoqrafik vəziyyət baxımından böyük irəliləyiş olar», – deyə o bildirib.

BMT-nin Əhali Fondu iki il öncə böyük tədqiqat apararaq belə nəticəyə gəlib ki, bu istiqamətdə ciddi addımlar atılarsa, 2050-ci ildə Ermənistan əhalisinin sayı, ən yaxşı halda, 3 milyon olacaq. Mənfi ssenariyə görə isə, ölkədən gedənlərin azaldılması və doğum sayının artırılmasından ötrü heç bir iş görülməzsə, Ermənistanda 2 milyondan az adam qalacaq.

Əksəriyyət hesab edir ki, Ermənistanın müstəqillik əldə etməsindən bəri ölkədən insan axını heç vaxt ara verməyib. Bundan başqa, 2007-ci ildən başlayaraq mühacirlərin sayı daha da artıb. Bəs Ermənistan hökuməti emiqrasiyanın azaldılması üçün hansı tədbirləri görür?  Q.Yeganyan buna belə cavab verib: «Birinci, əsas səbəbi sosial-iqtisadi sahədə axtarmaq lazımdır. İş yerlərinin və yüksək məvacibin olmaması əsas səbəbdir. Yəni, əgər biz bu halın miqyasını azaltmaq istəyiriksə, deməli, səbəbləri aradan qaldırmalıyıq. Hökumətin bütün fəaliyyəti də elə buna yönəlib».

İtaliyadan olan ermənipərəst jurnalist Simon Zaparello da Ermənistandan kütləvi insan axınına toxunub. Özü də o, bu məsələdə nüfuzlu «Gallup» sosioloji mərkəzinin tədqiqatlarını əsas götürüb. «Hamı Ermənistandan qaçır. «Gallup»un araşdırmalarına görə, bu ölkə dünya dövlətləri arasında ölkələrini tərk edənlərlə bağlı liderlər arasındadır. Bu göstərici üzrə Ermənistan hətta Suriyanı da üstələyib. Rəyi soruşulan gənc ermənilərin 47 faizi ölkəni necə tərk etmək barədə düşündüklərini etiraf edirlər. Hər dəfə mən Ermənistana səfər edəndə kiminsə ölkəni tərk edib getdiyinin və yaxud bunu yaxın zamanlarda etməyə hazırlaşdığının şahidi oluram. Əksər hallarda ən yaxşıları gedir», - deyə o, sosial şəbəkədə yazıb.  Bu arada «Daşnaksütyun» Partiyası bəyan edir ki, hər il ölkəni tərk edənlər sırasında yer alan 10 minlərlə vətəndaş sonradan geri qayıtmır. Onların əksəriyyəti 18-65 yaş arasında olan insanlardır. Bu proses davam etsə, bir neçə ildən sonra Ermənistan əhalisinin sayı milyondan da az olacaq. Araşdırmalar göstərir ki, işğal altında olan Dağlıq Qarabağda da mövcud erməni əhalisinin sayında azalma baş verir. İlin əvvəlindən Dağlıq Qarabağda cəmi 2 min uşaq dünyaya gəlib, ölənlərin sayı isə bundan çox olub. Kütləvi işsizlik, ağır sosial-iqtisadi vəziyyət buradakı erməni əhalisini də xarici ölkələrə üz tutmağa məcbur edir.