vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
DİGƏR NÖVLƏR  
12:22 | 23 iyun 2017 | Cümə Məqaləyə 2777 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Formula 1 yarışları başlayır

Sərbəst yürüşlər 23-24, əsas isə 25 iyunda olacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Cümə günü Azərbaycanda Formula 1 Grand Prix yarışları start götürüb. Bu yarış ikinci ildir ki Azərbaycanda keçirilir. İyun ayının 23 və 24-də Bakıda sərbəst yürüşlər keçiriləcək. Yarışın əsas hissəsi isə iyunun 25-də olacaq.

Cümə günü, yarış çərçivəsində Bakı şəhər halqasında həmçinin Formula-2 yarışı üzrə də sərbəst yürüşlərə start verilib, AzərTAc dövlət agentliyi yazır.

Azərbaycanda Formula-2 yarışının 7-ci və 8-ci mərhələləri təşkil edilir və yarışlarda 21 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı isə 2 pilot təmsil edir.

Bakıda Formula 1 Grand Prix yarışları ilk dəfə 2016-cı ildə keçirilib və həmin yarışın qalibi italiyalı pilot Antonio Giovinazzi olub.

Azərbaycan təşkilatçıları Formula 1 Grand Prix yarışlarının Bakıda keçirilməsi üçün 10 illik müqavilə imzalayıb. Ötən ilin fevralında gənclər və idman naziri Azad Rəhimov bildirib ki, bu yarışlar Azərbaycanda 5 il «məcburi» keçiriləcək.

Onun sözlərinə görə, Azərbaycan müqavilənin ilk 5 ili məcburidir. Əks halda ölkə cərimə oluncaq.

Yarışlar Bakının mərkəzi küçələrində keçirilir. Bu səbəbdən həmin küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.