vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
DİGƏR NÖVLƏR  
14:00 | 4 yanvar 2014 | Şənbə Məqaləyə 3126 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şumaxer əfsanəsinin axırı

Ferrarinin pilotu Mixali əlil qala bilər

anspress.com

MÖVZU İLƏ ƏLAQƏLİ

Məşhur alman avtopilot Mixail Şumaxer iflic ola bilər. Alp dağlarında xizək sürərkən yıxılaraq kəllə beyin travması alan pilot səsini də itirmək təhlükəsi ilə üz-üzədir. Rusiya mətbuatının məlumatına görə, bu barədə “Formula 1” yarışmasının keçmiş pilotu fransız Filipp Streyffan bildirib.

“Mən beyin institutunun başçısı Jerar Salyan ilə danışmışam. Onlar hematomanın düşdüyünü izləmək üçün Şumaxerin beynini hər gün MR edirlər. Həftənin birinci günü hematoma iki tərəfli idi, bu gün isə ancaq sol tərəfdə görünür. Bu böyük nailiyyətdir. Əgər sağ tərəfin hematomasının çəkilməyi uzun zaman çəkərsə Şumaxer iflic vəziyyətdə qala bilər. Bu vəziyyətdə o səsini də itirə bilər. Düşünürəm ki, reabritasiyadan sonra səsini qaytarmaq və bədəninin qalan hissəsini hərəkətə gətirmək olar”, deyə 1989-cu ildə Braziliyada məşqlər zamanı ağır qəza keçirdikdən sonra əlil arabasına məhkum olan Streyff bildirib.
Qeyd edək ki, Şumaxer Fransada xizək sürərkən yıxılıb başı daşa dəyib, zərbənin gücündən keçmiş çempionun başında olan qoruyucu şlem iki yerə parçalanıb. Ötən gün 45 yaşı tamam olan sürücü artıq neçə gündür xəstəxanada koma vəziyyətində yatır.