İnəklər və milyonlar
Braziliya inəkləri Azərbayana necə «gəlib çıxdı»…
Ülviyyə XUDİYEVA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ölümcül “mavi dil xəstəliyi”
Belçikada 500-dən çox ferma zərər görüb
-
EKTİS nə üçün lazımdır?
İstixanalar, soyuducu anbarlar və taxıl elevatorları sistemdə qeydiyyatdan keçəcək
-
... Kombayn tapılmır
Arpa sahələrdə məhv olur ...
-
Soğan niyə bahalaşdı?
Nazirlik açıqlama yaydı: “İxracın 5 ton artması 150-170 min istehsal qarşısında qıtlıq yarada bilməz”
-
Ət idxalı kəskin artıb
Səbəb “pambıq”dır, yoxsa gömrük?
-
Yeni nazirə yeni müavin
İlhamə Qasımovanın qısa dosyesi
-
“Dollar” əkib qəpik qazananlar…
Fermer: “İllərlə Rusiyada alver edənlər də sarımsaq, soğan əkdi”
-
“24 min qazancım var”
Taxıl yığımı pis getmir, kartofçuluqda vəziyyət isə…
-
“Məqsəd sahələri genişləndirmək deyil, …”
Nazir pambıq yığımı hədəflərini açıqladı
-
6 min manatadək cərimə
Nazirlikdən taxıl sahələrini yandıranlara xəbərdarlıq
-
İnam Kərimovdan yeni təyinat
“ASAN”dan nazirliyə növbəti transfer
-
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat
Boş qalan vəzifəyə ...
-
Oliqarxlar əndişədə
“Kiçik padşahlar”ın zəbt etdikləri torpaqlar geri alınacaq
-
Əsəbi Əsədov haradadır?
Sabiq nazirin depressiyaya düşdüyü deyilir
-
Yeni nazirlər və komitə sədrlərinin ilk həftəsi
Əsasən görüşlər keçirilir, yeni təyinatlar edilir
-
Yeni nazir müşavirə keçirdi
“Bizim vəzifəmiz kəndlilərə, fermerlərə yaxın olmaqdır”
Ötən həftənin sonunda informasiya məkanına ildırım sürəti ilə belə xəbər yayıldı ki, heç demə, Azərbaycan Braziliyadan 34 milyon manatlıq cins inək almaq barədə müqavilə bağlayıb. Və bu inəklər adi inək deyil, əsl süd mədənidir, gündə hətta 65 litrə qədər süd verə bilir.
«Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinə istinadən yayılan məlumatda bildirilirdi ki, Braziliya şirkəti ilə 6 min baş Simmental cinsindən inək alınması üzrə bağlanan müqavilənin məbləği 29 milyon 579,7 min manat təşkil edib. «Longmar Networks LTD» şirkəti ilə isə min baş «Holştin-friz» cinsindən inək alınmasından ötrü 4 milyon 390,3 min manatlıq müqavilə bağlanılıb. Hər iki şirkət bu il Bakıda nümayəndəlik açıb.
Azərbaycanda Brailiyanı daha çox «sabun köpüyü» seriallarına və bir az da karnavallarına görə tanıyırlar. İndi belə məlum olurdu ki, bu uzaq ölkənin inəkləri də Azərbaycana təşrif buyuracaq və bizi süd gölündə üzdürəcək, ət bolluğu yaradacaq?
Lakin çox keçmədən Kənd Təsərrüfatı Nazirliyi virtualaz.org-a Braziliyadan inək alınması xəbərini təkzib etdi. Bəlli oldu ki, inək alınıb, amma Braziliyadan deyil, Almaniya və Avstraliyadan gətirilib. Üstəlik bu, Azərbaycanın Almaniya və Avstraliya ilə ilk bazarlığı deyil, son 5-6 ildə damazlıq cins inəklərin alınmasına milyonlarla manat sərf edilib.
Maşın qiymətinə inək
Belə məlum oldu ki, cins inək fermerə 2603 manata başa gələcək. Yəni təxminən 5200 manatdan baha olan cins mal-qara fermerə 50 faiz güzəştlə satılacaq. Fermer vəsaitin 10 faizini ilkin ödəniş kimi veriləcək, yerdə qalan məbləğ 3 il müddətində aylıq ödəyəcək. «Fermerlərə seçim imkanı verilib, kim istəsə ətlik, kimi də südlük məqsədilə cins mal-qara ala biləcək. Artıq may ayında 814 baş inək gətirilib», - Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev virtualaz.org saytına bildirib.
Bəllidir ki, ötən illər bol süd və ya ətlik arzusu ilə cins inək alan fermerlər arasında zərər çəkənlər olmuşdu. Fermerlər 2500 manata aldıqları heyvanın yerli iqlimə uyğunlaşmadığından xəstələnərək öldüyünü bildirmişdilər. Bəzi fermerlərin isə bol süd istəyi gerçəkləşməmişdi.
Hacıyev isə deyir ki, yeni gətirilən cinslər iqlim şəraitinə tez uyğunlaşır: «Mütəxəssislər əvvəlcə araşdırma aparıblar, heyvanın iqlim şəraitinə uyğunlaşıb-uyğunlaşmadığı öyrənilib. Hətta nazirlik fermerlərə heyvan seçimində iştirak etmələrini təklif edib».
Günə 20 litr süd, ilə 470 kilo ət
Cins inəklər gündə 20-25 lirt süd, ildə 420-470 kiloqram ət verir. Nazirliyin vədinə inansaq, fermerlər xaricə süd sata, hətta süd gölündə üzə biləcəklər. Amma bir şərtlə…Yerli mal-qaradan fərqli olaraq fili xatırladan cins inəklər yüksək kalorili yem və xüsusi qulluq tələb edir. Əks halda fermerin bol süd istəyi gözündə qalar. «Nazirlik fermerlər qarşısında şərtlər qoyub. Birincisi, inəklərin saxlanacağı tövlə standartlara cavab verməlidir, nazirlik tövlənin layihəsini də fermerə təqdim edir. Yəni normaya uyğun nəmlik, işıqlandırma, tavanın hündürlüyü, sağımı üçün yer olmalı, gigiyenik qaydalara sərt əməl edilməlidir. İkincisi, yem bazası və ən azı 2 hektar ərazisi olmalıdır. İnəyə xüsusi qulluq və tələb olunan yemi verə bilməyəcək fermerə mal-qara satılmayacaq, əvvəlcə bütün şərtlər yerinə yetirilməlidir ki, süd və ya ət istehsalı gözlənilən səviyyədə olsun», - Hacıyev əlavə edib.
İnəklər və milyonlar…
«Aqrolizinq» ASC indiyədək 23 min 272 baş cins inək və xırdabuynuzlu heyvan alıb. Mal-qaranın lizinq yolu ilə satılmasından ötən il 13,3 milyon manat əldə edilib. Cəmiyyətin yaydığı rəsmi məlumatda gətirilən bütün heyvanların sığorta olunduğu qeyd edilib. Əkin sahələrdən fərqli olaraq sığorta şirkətləri əcnbi inəkləri sığortalamaqda maraqlıdır. Sığorta şərtlərinə gəldikdə, məbləğ cinsə, çəkiyə görə dəyişir.
Kənd Təsərrüfatı Nazirliyi iddia edir ki, inəklərin alınması mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və xırda təsərrüfatların yaradılmasına xidmət edir. «Nazirlik pilot layihə həyata keçirir. Bərdə, Ağcabədi və İmişlidə 69 ailəyə 79 baş mal-qara verib. Xırda təsərrüfatların yaradılması layihəsi özünü doğrultduğundan digər rayonlarda da tətbiq ediləcək», - Hacıyev deyib.
Pilot layihənin məqsədi xırda ailə təsərrüfatlarına 5-10 baş cins mal-qara vermək və beləliklə də təsərrüfatların sayını artırmaqdır. Bunun üçün rayonlarda süd qəbul məntəqələri də yaradılıb. Hacıyev ümid edir ki, alınan boğaz düyələr mal əti istehsalına da təsir göstərəcək, mal ətinin qiymətinə də…