
... Kombayn tapılmır
Arpa sahələrdə məhv olur ...
Arpa sahələrdə məhv olur ...
Nazirlik açıqlama yaydı: “İxracın 5 ton artması 150-170 min istehsal qarşısında qıtlıq yarada bilməz”
Səbəb “pambıq”dır, yoxsa gömrük?
İlhamə Qasımovanın qısa dosyesi
Fermer: “İllərlə Rusiyada alver edənlər də sarımsaq, soğan əkdi”
Taxıl yığımı pis getmir, kartofçuluqda vəziyyət isə…
Nazir pambıq yığımı hədəflərini açıqladı
Nazirlikdən taxıl sahələrini yandıranlara xəbərdarlıq
Boş qalan vəzifəyə ...
Sabiq nazirin depressiyaya düşdüyü deyilir
Əsasən görüşlər keçirilir, yeni təyinatlar edilir
Nazir qudası Ziya Məmmədovun yolunu gedir - məhv edilən ərzaq təhlükəsizliyi və milyonları udan korrupsiya «əjdahası»
Bakıda arıçılıq məhsullarının sərgi-satışı başladı
Hər ikisi milyonları məhv edən ziyanvericilərdir
Rayonlarda fəlakət: sel, daşqın, dolu…
Braziliya inəkləri Azərbayana necə «gəlib çıxdı»…
“Elektron kənd təsərrüfatı” İnformasiya Sistemi Haqqında Əsasnamə”yə dəyişikliklər edilib. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq Fərman imzalayıb.
Fərmana əsasən, ölkədə fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının yetişdirildiyi istixanalar, məhsulların saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçəcəklər. Fermerdən tədarük edilən məhsulları saxlamaq üçün istifadə edilən soyuducu anbarlar, taxıl elevatorları və istixanalar onlar üçün EKTİS-də müəyyən edilən hesabat formalarına uyğun olaraq informasiyanı mütəmadi sistemə daxil edəcəklər.
Pandemiya səbəbindən yaranmış şəraitdə
iqtisadi siyasət sahəsində təxirəsalınmaz qərarların vaxtında və çevik qəbul
edilməsi üçün iqtisadiyyatda baş verən proseslərin operativ izlənilməsi və bu
barədə dövlət qurumlarının mütəmadi məlumatlandırılması məqsədilə məlumatların
müvafiq elektron bazaya daxil edilməsi və bu elektron bazaya bütün aidiyyəti
qurumların çıxışının təmin olunması aktualdır.
Bununla əlaqədar,
1. ölkədə ərzaq ehtiyatlarının idarə
edilməsi və bu sahədə yarana biləcək risklərin aradan qaldırılması üçün
qabaqlayıcı tədbirlərin görülməsi,
2. ölkədə mövcud soyuducu anbarlar,
istixanalar və taxıl elevatorlarından istifadə səviyyəsinin qiymətləndirilməsi,
3. bu sahədə təhlillərin aparılması,
4. dəstək tədbirlərinə ehtiyacın müəyyən
edilməsi
məqsədilə soyuducu anbarların, istixanaların və taxıl elevatorlarının EKTİS-də reyestrinin yaradılması və bu sistem vasitəsilə mütəmadi (aylıq) hesabatlılığının həyata keçirilməsi təmin ediləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanına əsasən ölkədə kənd təsərrüfatı sahəsində dövlət dəstəyinin elektron qaydada göstərilməsi üçün EKTİS-in imkanlarından istifadə edilməklə ölkədə fəaliyyət göstərən fermerlərin, tədarükçülərin, baytarların, süni mayalanma mütəxəssislərinin və digər kənd təsərrüfatı subyektlərinin xidmət göstərməsi və ya xidmət alması təmin edilib.