«VİP müştəri xahiş etmişdi...»
«Sberbank»dan 40 milyon çıxarıb «Ferrari» almaq istəyən Dadaşova bacılarının işində gəlişmə
Gülnar ƏLİYEVA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
77 ilin avtomobilinə rekord qiymət
Mersedes Ferraridən 3 dəfə baha satıldı
-
Aeroport bağlandı
Prezident ölkəsinə uça bilmir
-
Azərbaycanlı diaspor sədrinin qızı erməni oğlana ərə getdi
Toyda Ağadadaş Kərimov erməni qudası ilə rəqs edib
-
«Ərimi əlimdən almaq istəyirdi...»
Moskvada aktrisa Fatimə Abbasquliyevaya hücumlar
-
Putinin mitinqinə rusları adambaşına 9 dollara yığıblar
Adamların çoxunu müxtəlif vədlərlə və ya təzyiq yolu ilə gətiriblər
-
Mehriban Əliyeva Moskvada mükafatlandırıldı
Birinci vitse-prezidentə Müqəddəs Mələksima Knyaginya Olqa ordeni təqdim edilib
-
«... Soyuq müharibə «uşaq oyuncağı»na bənzəyəcək»
«Sberbank»ın başçısı: «ABŞ irimiqyaslı sanksiyalar tətbiq edərsə...»
-
«Azərbaycanlılar çox ünsiyyətcildir»
Bakıya köçən moskvalı qız yollardakı situasiyadan şoka düşdü
-
«Mən heç yana qaçmamışam, Bakıdayam...»
Azərbaycanlı biznesmenə qarşı tədbirlər; Fərid Haqverdiyev zəng vurdu
-
Baş Prokurorluq müdaxilə etdi
«Gənclik» mehmanxanasının sahibi Haqvediyev ölüm təhdidi alıb Rusiyadan qaçdı
-
Moskvada insident
Kreml rəsmilərini prezidentlərin Soçi görüşünə aparmalı olan təyyarə aeroportda qaldı
-
«Ümid edirik məsələ mitinqlərsiz həll ediləcək»
Azərbaycanlı biznesmenin nəhəng layihəsi etiraz doğurdu
-
«Rədd olsun çar»
Navalnının tərəfdarlarının Putinə orijinal ad günü «hədiyyə»si
-
«Moskvadan görünən Rusiya o qədər də təhlükəli deyil»
Millət vəkili: «SSRİ-nin bərpasını istəyənlər, arzulayanlar, nəinki Rusiyada, elə bizdə də var, ancaq indi 1917-ci il deyil»
-
Kreml ideoloqları «Moskva-Bakı Oxu» yaradırlar
Bu gün layihə çərçivəsində «Qafqazın yeni geosiyasətinə doğru» adlı konfrans olacaq
-
Rusiya panikada
Bütün ölkəni bürüyən terror xəbərdarlığı dalğası Moskvaya da çatdı
Rusiyada «Sberbank»da çalışan azərbaycanlı bacılar Məryəm və Tamilla Dadaşovaların Moskvada avtosalondan «Ferrari» almağı onların VİP müştərilərindən biri xahiş edib. Virtualaz.org xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Xidməti yoxlama zamanı məlum olub ki, qızlar bankın VİP-müştərilərindən birinin xahişini icra ediblər: onlar başqa firmaların hesabından 40 milyon rublu çıxararaq sportkar almaq istəyiblər. Hüquq mühafizə əməkdaşlarının məlumatına görə, söhbət qanunsuz əməliyyatdan gedir. Hazırda həmin VIP müştəri ilə bağlı araşdırma aparılır. Ekspertlər hesab edirlər ki, həmin müştəri vergidən yayınmaq istəyib və «Sberbank» əməliyyatçıları da ona bu işdə elə-belə kömək etməyiblər.
Mariya və Tamilla bacıları bankın təhlükəsizlik xidmətinin diqqətini avtosalondan «Ferrari» alandan sonra cəlb ediblər. Moskvada bu idman avtomobilinin dəyəri 20 milyon rubldan başlayır. Bu qızların hər ikisinin «Sberbank»da menecer işlədiyi aydınlaşandan sonra belə maşının almasına pulun mənşəyi haqqında suallar ortaya çıxıb. Bank həmçinin pulun müştərilərdən oğurlanması ehtimalını istisna etmirdi.
Araşdırma zamanı o da məlum olub ki, bacıların xeyli VİP müştəriləri var. Onların arasında bir çox tanınmış şəxslər, o cümlədən məşhur idmançı da var. Qızlar hesabdan 40 milyon rublu müştərinin xahişi ilə çıxardıqlarını və 3 başqa şirkətə köçürdüklərini bildiriblər. Bank isə onların maliyyə əməliyyatlarının keçirilməsi vaxtı xidməti təlimatları pozduqlarını, buna görə indi onları intizam məsuliyyətinə cəlb ediləcəklərini bildirib.
Ekspertlər deyirlər ki, əslində 600 min rubldan yuxarı məbləğdə əməliyyat olunduqda bank işçisi öz rəhbərliyinə bildirmədilər. Lakin bir çox hallarda menecerlər qiymətli VİP-müştərini itirməmək üçün bəzən belə qayda pozmalara gedə bilirdilər.
Qeyd edək ki, daha öncə bankın ayrı-ayrı filiallarında menecer işləyən 26 yaşlı Məryəm Dadaşova və onun bacısı, 22 yaşlı Tamilla Dadaşova bir neçə gün ərzində bankdan 40 milyon rublu birgünlük firmaların hesablarına köçürdükləri, daha sonra həmin hesablardan pulları nəğdləşdirdikləri ilə bağlı məlumat yayılmışdı. Onların həmin pulların bir hissəsinə «Ferrari» almaq istəyərkən yaxalandıqları bildirilirdi.