Azərbaycanlı diaspor sədrinin qızı erməni oğlana ərə getdi
Toyda Ağadadaş Kərimov erməni qudası ilə rəqs edib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Lobbi üzərində qurulan biznes ...
... Yaxud diaspor mübarizəsi – xeyirlə şərin davası
-
«Mən heç yana qaçmamışam, Bakıdayam...»
Azərbaycanlı biznesmenə qarşı tədbirlər; Fərid Haqverdiyev zəng vurdu
-
«Sərkisyana qarşı çıxış etsələr…»
MDB ölkələrindəki azərbaycanlıların ermənilərlə hansı işbirliyi var?
-
Putin Jirinovskiyə «itin sözünü» deyib
Rusiya prezidenti LDPR sədrini danlamaq üçün evinə çağırıb
Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimovun qızı erməni oğlanla ailə həyatı qurub.
Toy mərasimi Moskvada yerləşən erməni iş adamlarına məxsus restoranların birində baş tutub. Nikah mərasimində azərbaycanlılarla yanaşı ermənilər də iştirak edib.
Qızın erməni oğlanla sevgili olduğundan xəbər tutan diaspor sədri A.Kərimov əvvəllər buna razı olmasa da sonradan razılıq verib. Mənbənin sözlərinə görə, hətta buna görə, A.Kərimov həyat yoldaşı Rigina Kərimova ilə qeyri-rəsmi şəkildə boşanıb. Amma boşanma ilə heç bir müsbət nəticənin olmadığını görən Kərimov yenidən həyat yoldaşı ilə münasibətlərini bərpa edib. Məlumata görə, Kərimovun həyat yoldaşı da erməni əsillidir. Elə buna görə də, R.Kərimova qızının erməni oğlanla evlənməsini müdafiə edib.
Toy mərasimində Kərimov qızına və erməni kürəkəninə xeyir-dua verib. Eyni zamanda, mərasimdə erməni və Azərbaycan musiqilərinin sədaları altında diaspor sədri və onun erməni qudasının rəqs etməsi də öz əksini tapıb.
Qeyd edək ki, azərbaycanlı diaspor sədrinin qızının erməni oğlanla ailə həyatı qurması Moskvada yaşayan azərbaycanlılar arasında birmənalı qarşılanmayıb. Soydaşlarımız arasında Kərimova etiraz edənlərin sayı gündən-günə çoxalır. Elə buna görə də, Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsində bu hadisədən sonra A.Kərimova qarşı inamsızlıq yaranıb və təşkilatın içərisində parçalanma müşahidə olunub. (diaspor.az)