vaxtlı-vaxtında oxuyun! Şənbə, 5 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
AVTO  
17:50 | 20 may 2022 | Cümə Məqaləyə 3011 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

77 ilin avtomobilinə rekord qiymət

Mersedes Ferraridən 3 dəfə baha satıldı

Klassik avtomobil hərrac şirkəti “RM Sotheby's” cümə axşamı elan edib ki, yalnız iki modeli mövcud olan 1955-ci il “Mercedes-Benz” avtomobilindən biri bu ayın əvvəlində 143 milyon dollara hərraca çıxarılıb və o, indiyə qədər satılan ən bahalı avtomobil olub.

Fərdi kolleksiyaçının aldığı “300 SLR Uhlenhaut Coupe”, 2018-ci ildə 48 milyon dollara satılan 1962-ci ilin “Ferrari 250 GTO” modelinin rekordunu demək olar ki, üç dəfə artırıb.

Hərrac evinin məlumatına görə, yalnız dəvətnamə əsasında keçirilən hərrac mayın 5-də Almaniyanın Ştutqart şəhərindəki Mercedes Benz Muzeyində baş tutub.

“Şəxsi alıcı razılaşıb ki, “300 SLR Uhlenhaut Coupe” xüsusi hallarda ictimai nümayiş üçün əlçatan olacaq, ikinci orijinal “300 SLR Coupe” isə şirkət mülkiyyətində qalacaq və Ştutqartdakı “Mercedes-Benz” Muzeyində nümayiş etdirilməyə davam edəcək", hərrac şirkəti əlavə edib.

“RM Sotheby's” bildirib ki, hərracdan əldə olunan gəlir ətraf mühit elmini və karbonsuzlaşdırma tədqiqatlarını maliyyələşdirəcək ümumdünya “Mercedes-Benz” Fondunun yaradılmasına sərf olunacaq.