«Mən heç yana qaçmamışam, Bakıdayam...»
Azərbaycanlı biznesmenə qarşı tədbirlər; Fərid Haqverdiyev zəng vurdu
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
Moskvada «Lenkom» teatrının direktoru Mark Varşover tərəfindən təhdid olunan, üstəlik onun və ortaqlarının əliylə barəsində cinayət işi qaldırılan azərbaycanlı biznesmen Fərid Haqverdiyev bu gün saytımızda barəsində dərc olunmuş məqalədən sonra redaksiyamızla əlaqə saxlayıb. F.Haqverdiyev virtualaz.org-a bildirib ki, o, heç yana qaçmayıb və hazırda vətəndaşlığını daşıdığı Azərbaycanda, Bakı şəhərindədir.
Biznesmen deyib ki, o, barəsində Rusiya hüquq-mühafizə orqanları tərəfindən sifarişli cinayət işinin qaldırılmasından hələ il yarım əvvəl bu ölkəni tərk etmişdi. Səbəb isə «Lenkom» teatrının indiki direktoru Mark Varşoverin «Yunost» mehmanxanasının satışına görə ondan hədə-qorxu yolu ilə pul tələb etməsi, özünü, ailə üzvlərini kriminal elementlərin vasitəsilə hədələməsidir. (Mark Varşoverin Fərid Haqverdiyevlə münaqişəsinin tarixçəsi barədə bundan əvvəlki məqalədə ətraflı bəhs olunur).
Biznesmen bildirir ki, «Lenkom» teatrının direktoru Mark Varşover SSRİ xalq artisti, teatrın əsasını qoymuş Mark Anatolyeviç Zaxarovun nüfuzundan, inzibati rıçaqlarından istifadə edərək onun barəsində guya teatrın sahibi olduğu səhmlərin ələ keçirilməsi iddiası ilə cinayət işi qaldırılmasına nail olub.
«Mən mehmanxananı qanuni yollarla satın alandan sonra Mark Varşoverin və adamlarının təhdidləri ilə qarşılaşmışam. Onlar məndən hədə-qorxu, təhdid yolu ilə pul tələb edirlər. Hansı ki, buna heç bir hüquqi əsasları yoxdur. Məndə bütün sənədlər var ki, Varşoverə hər hansı borcumun olmadığını tam sübut edir. Lakin o, məni və ailə üzvlərimi təhdid edib. Hansısa reketləri üstümə göndərib. Uşaqlarıma zəng vurub hədələyiblər. Nəticədə mən Rusiyanı tərk etməli oldum. Rusiyanı tərk edəndən il yarım sonra xəbər tutdum ki, barəmdə cinayət işi qaldırıblar və məni axtarışa veriblər. Bu, tamamilə qurama, sifarişli cinayət işidir. Əgər mənimlə Varşover və ya Zaxarov arasında hansısa əmlak mübahisəsi var idisə bu məsələ inzibati qaydada məhkəmədə həll edilməliydi. Onlar isə bunu etməyiblər, çünki bilirlər ki, məhkəməyə təqdim etməyə heç bir sübutları, dəlilləri yoxdur», - Fərid Haqverdiyev bildirib.
Biznesmen deyib ki, onun barəsində cinayət işini Mark Zaxarovun ərizəsi əsasında qaldırıblar. Çünki Zaxarov Rusiyada teatr xadimi kimi nüfuza malikdir və hakimiyyət orqanlarında onun zənginə, müraciətinə mənfi cavab verə bilməzdilər. Başqa sözlə, Mark Varşover azərbaycanlı biznesmenə qarşı təqiblərdə Zaxarovun nüfuzundan, inzibati rıçaqlarından istifadə edir.
F.Haqverdiyevin bildirdiyinə görə, o Rusiyanı tərk etdikdən sonra Avstriyada otel biznesinə başlayıb. Lakin barəsində qaldırılmış cinayət işinə görə bu ölkəni də tərk etməli olub. Çünki Rusiya hüquq-mühafizə orqanları onun barəsində Avstriya tərəfinə sorğular göndərib, zənglər edilib.
«Mən Avstriya vətəndaşı deyildim, ona görə də onlar məni bu ölkədə təqib edə bilərdilır. Nəticədə vətəndaşı olduğum Azərbaycana gəldim, hazırda Bakıdayam, öz fəaliyyətimi davam etdirirəm», - biznesmen deyib.
F.Haqverdiyev onu da bildirib ki, Bakıda da təhdidlər alıb. Moskvadan onun dalınca iki nəfər kriminal element göndəriblər, hansısa «Maxa»nın onu axtardığı haqda xəbər çatdırıblar. Habelə uşaqlarına zəng vurub hədələyiblər.
«Rusiya hüquq-mühafizə orqanları mənim barəmdə Belçikaya, Moldovaya sorğu göndəriblər. Ancaq Bakıda olduğumu bildikləri haqda Azərbaycan tərəfinə indiyə qədər mənimlə bağlı heç bir müraciət edilməyib. Əgər onların əllərində dəlil-sübutları varsa nəyə görə Azərbaycan hüquq-mühafizə orqanlarına sorğu vermirlər? Çünki bunda maraqlı deyillər, bilirlər ki, heç bir dəlil-sübutlar təqdim edə bilməyəcəklər. Bu, tamamilə sifarişli cinayət işidir. Orada müəyyən qruplaşma hüquq-mühafizə orqanları ilə əlbir olub azərbaycanlı biznesmenə qarşı raketçilik edir. Azərbaycan Baş Prokurorluğu da mənim müraciətim əsasında Rusiya tərəfinə sorğu göndərib və öz narahatlığını bildirib», - Fərid Haqverdiyev bildirib.