vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
TOP OYUNLARI  
17:53 | 5 dekabr 2022 | Bazar ertəsi Məqaləyə 8033 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tarixin ən bahalı imzası

Ronaldo “Əl Nassr”in ağılagəlməz təklifinə “hə” dedi

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

Qətərdə davam edən 2022 Dünya Çempionatında Portuqaliya forması ilə meydana çıxan Kristian Ronaldo “Mançester Yunayted”dən sonra yeni dayanacağına qərar verib. Portuqaliyalı futbolçunun “Əl Nassr”ın tarixə düşəcək müqavilə təklifini qəbul etdiyi və imzaların atıldığı iddia edilib. Çox danışılacaq rekord müqavilənin təfərrüatları yayılıb.

İngiltərə Premyer Liqa komandalarından “Mançester Yunayted”lə qalmaqallı şəkildə yollarını ayıran Kristian Ronaldonun yeni komandası üçün geri sayıma başlayıb. İspan mətbuatı ötən həftə oxucularına açıqladığı iddianı bir addım irəli ataraq imzaların atıldığını iddia edib.

“Marca”nın xəbərinə görə; 37 yaşlı ulduz futbolçu Səudiyyə Ərəbistanının “Əl Nassr” komandası ilə illik 200 milyon avro qarşılığında anlaşıb. “Əl Nassr”la 2,5 illik müqavilə imzalayan portuqaliyalı futbolçu ümumilikdə 500 milyon avro qazanacaq.

Sözügedən transfer rəsmiləşərsə, Kristian Ronaldo futbol tarixinin ən böyük müqaviləsinə imza atmış olacaq və aktiv karyerasını davam etdirən idmançılar arasında ən yüksək maaşı ehtiva edən klub müqaviləsinin sahibi olacaq.