İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
17:42 | 5 dekabr 2022 | Bazar ertəsi
Məqaləyə 1388 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
İranın İRNA dövlət agentliyi Azərbaycan əleyhinə növbəti geniş məqaləsini yayımlayıb. Məqalədə yazılıb ki, İrandan əvvəl Azərbaycan Türkiyə və Pakistanla birgə Naxçıvanda hərbi təlimlər keçirib və bu Ermənistana qarşı olub. Yəni İRNA agentliyi məqaləsində dolayısıyla etiraf edib ki, Tehran Ermənistanın təhlükəsizliyini İranın təhlükəsizliyi kimi eyniləşdirir.
Bunu məqalədə belə bir cümlədən də anlamaq olar: “İrannn Azərbaycanla sərhəddəki təlimləri bölgə ölkələrinin (oxu: Ermənistanın) ərazi bütövlüyünə dəstək əhəmiyyəti daşıyırdı”. Məqalədə o da etiraf edilib ki, İran Azərbaycanın Ermənistana qarşı iddialarına qarşıdır və Zəngəzur dəhlizinin açılmasını təhlükə kimi qiymətləndirir. “İran bölgənin geosiyasi dəyişiliklərinə qarşıdır, bu yeni münaqişələrə səbəb ola bilər və Tehran buna seyrçi qalmayacaq” yazılan məqalədə yenə də Azərbaycanın İsraillə sıx əlaqələrinin guya bölgə üçün böyük təhlükə yaratdığı vurğulanıb. Tehranın prezident İlham Əliyevin İranda yaşayan azərbaycanlılar hüquqları barədəki çıxışlarından narahat olduğu İRNA agentliyinin məqaləsində də hiss olunur. Məqalənin sonunu nikbin notlarda bitirməyə çalışıblar, yazıblar ki, guya İran Azərbaycanla dost münasibətlərə çalışır.
Beləliklə, İran rəsmiləri və deputatları Azərbaycana qarşı davamlı təxribatçı açıqlamalardan sonra estafeti məqalələrə veriblər. Əvvəlcə ali dini liderin müşaviri Əli Əkbər Vilayəti Azərbaycanla bağlı məqalə yazdı, ikibaşlı cümlələrdən istifadə etdi, ardınca da İRNA bu mövzuya toxundu. Dəyişən heç nə yoxdur, eyni ritorikadır – Ermənistana dəstək, İsraili lənətləmək və Azərbaycanı hədələmək. Biz də bunun tərsini edirik – İrandakı dəyişikliklərə dəstək, İsraillə sıx əlaqələr və Tehranı adekvat cavablar vermək...
***
Bu arada İran daha bir NATO ölkəsiylə qonşu oldu. Azərbaycan NATO üzvü olmağa çalışmır, Brüsselə belə bir müraciəti yoxdur. Bununla yanaşı Azərbaycan NATO-nun əsas üzvlərindən biri – Türkiyə ilə strateji müttəfiqidir. Azərbaycan və Türkiyənin vahid ordusu formalaşırsa, bu elə Azərbaycanın NATO-nun tərkib hissəsinə çevrilməsi deməkdir. İranın Araz çayına yaxın ərazidə hərbi təlimlərdə iki məqsədi var idi. Birinci məqsədi Azərbaycanı qorxutmaq, ikinci məqsədi rəsmi Bakını xarici siyasətdə İranın xeyrinə korrektəyə məcbur etmək idi. Tehran tam əks nəticələrlə üzləşdi. Azərbaycan İranın hərbi təlimlərinə öz təlimləriylə cavab verdi, növbəti təlimi strateji müttəfiqi Türkiyə ilə başladı, İranın erməni separatçılarıyla bütün bağları faş edildi, Tehranın təxribatlarına adekvat cavab verildi, Bakıda Güney Azərbaycan amili ön plana çıxardıldı. Görəsən, Tehran bütün bunların baş verəcəyini əvvəlcədən bilsəydi, sərhəddə hərbi təlimlər keçirib Qafanda Azərbaycan əleyhinə konsulluq açardımı? Fikrimcə, yenə edərdi, çünki Tehran rejimi Azərbaycanın müstəqilliyini qəbul etmək istəmir.