


Komanda səhvi və virtual təhlükəsizlik “Red Bull”u pilotunu podiuma buraxmadı
Bir ildə karyera boyu qazanılandan çox qələbə
Poulu əldən verən kiçik səhvlər ...
... Yaxud Piastrinin ilklərə başlayan ili
Yarış boyu liderliyi qorudu
Autsayder komandadan yüksək nəticə ...
Bəhreyndə ilk 3 yerdə 3 fərqli komanda
“Trasda ötmək lazımdır, pit yolunda yox”
... Yaxud mövsümün ilk qələbəsi
Sabahkı yarışda qələbə qazanmağa 3 real namizəd var
“Ferrari” üçün isə artıq bəhanələrdən sıyrılmağın vaxtıdır
Maks Ferstappen dişi və dırnağı ilə “Ferrari”ni reytinqini cızdı
“Ferrari” sürücüləri yarışa rəng qatdılar
“Formula 1” tarixinin ən böyük ittifaqı ilk uğurunu qazandı
Norrisi Maksdan cəmi 2, “Mercedes”i isə “McLaren” komandasından 1 xal ayırır
Frederik Vassyör “Ferrari” komandasına rəhbər təyin edildi. Gözlənilən xəbər təsdiqini tapdı. Fred 2016-cı ildə “Renault”ya, 2017-ci ildən isə Sauber “Alfa Romeo”ya başçılıq edib. Komandanı toplamağı bacaran Vassyör, “Ferrari”də bunu edə biləcəkmi?
Hazırda komandada yarışan Şarl Leklerlə həm Sauberdən tanışdır. Digər tərəfdən “Formula-3” çempionatında Lekler onun komandasında titul qazanıb.
Komandasına gəlincə – “ART Grand Prix” (ART GP) adlanan komandanı Nikolya Jan Todtla şərik qurub və əvvəlcə GP-2-də, sonra isə “Formula-2”də uğur qazanıblar. Niko Rosberq, Lyuis Həmilton, Niko Hülkenberq, Stoffel Vandorn, Corc Rassell və Nik de Friz məhz ART GP ilə çempionluq qazanıblar. Bu il Teo Purşer çempionatı 2-ci yerdə başa vurub.
“Formula-3”dəki uğurlara gəlincə, builki çempion Viktor Marten onun komandasının şərəfini qoruyub. Daha əvvəl isə Esteban Qutyerres, Valtteri Bottas, Esteban Okon, Şarl Lekler, Corc Rassell, Antuan Huber Vassyörə çempionluq qazandırıblar.
Yəni aşağı seriyalarda uğurlu komanda başçılığı olsa da, “Formula-1”də yaddaqalan uğuru olmayıb. “Ferrari”nin titul tilsimini sındıra biləcəkmi? Titul həsrətinə son qoya biləcəkmi? Komandanın bütün azarkeşləri bu suallara cavabı istəyirlər.