Berlin mərkəzində çəkiclə işgəncə
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
11:24 | 2 aprel 2024 | Çərşənbə axşamı
Məqaləyə 4283 dəfə baxılıb
Şriftin ölçüsü
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Geyimlər və aksessuarlar ...
Avropanın mərkəzində müharibə qorxusu
Məzar daşları dağıdıldı
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Almaniya kansleri Avropaya səsləndi: “Diplomatiya vacibdir, amma kifayət deyil”
Almaniyada ən çox oğurluq baş verən şəhərlər açıqlanıb
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Prezidentin köməkçisi bu barədə rəsmi səhifəsində məlumat verib
Rəsmilər şirkətin tamamilə bağlanmaması üçün investor axtarışına başlayıblar
Zəifik deyə basıb gözümüzü çıxarmalı da deyillər
Bu ilin fəxri qonağı Filippinlərdir
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
“BMW” avtomobillərinin motorunda problem aşkarlanıb
Rusiyadan Almaniyaya sərt ittiham
Almaniya Futbol Milli Komandasının 44 nömrəli formasının üzərindəki rəqəmlərin faşist Almaniyası dövründə xidmət edən “SS” zabitlərinin istifadə etdiyi simvola bənzəməsi ölkədə müzakirə mövzusuna çevrilib.
İlk olaraq alman tarixçisi Mixail Köniq (Michael König) tərəfindən gündəmə gətirilən məsələ ilə bağlı açıqlama verən forma sponsoru “Adidas” dizaynın Almaniya Futbol Federasiyası ilə birlikdə hazırlandığını açıqlayıb.
Almaniya Futbol Federasiyası “Twitter”də səhifəsində forma dizaynlarının dizayn prosesi zamanı nəzərdən keçirilməsi üçün UEFA-ya təqdim edildiyini və “müvafiq tərəflərdən heç birinin faşist simvollarına yaxınlıq aşkar etmədiyini” paylaşıb.
“Adidas”ın sözçüsü Oliver Brüggen, formaların faşist simvollarına bənzəməsinin qəsdən olduğunu təkzib edib, eyni zamanda 4 rəqəmi üçün alternativ dizayn hazırlanacağını da əlavə edib: “Biz şirkət olaraq ksenofobiya, antisemitizm, zorakılıq və nifrətin bütün formalarına qarşı çıxmaqda qərarlıyıq”.
“Çəhrayı forma və sponsor” müzakirələri
Eyni forma, səfər rəngi kimi parlaq çəhrayı rəng seçilməsi daha çox mübahisələrlə üzləşdi. Bəziləri çəhrayı rəngin ölkənin müxtəlifliyini təmsil etdiyini desə də, tənqidçilər bunun qeyri-ənənəvi olduğunu və Federasiyaya pul yığmaq üçün seçildiyini iddia edir.
“Adidas” 1950-ci illərdən Almaniyanın forma sponsorudur.
Ancaq Federasiyanın 2027-ci ildən etibarən alman firması “Adidas"dan imtina edərək, ABŞ markası “Nike”a üstünlük verməsi iqtisadiyyat naziri Robert Habek tərəfindən qeyrivətənpərvərlik səbəbilə tənqid edilib.
Faşist Almaniyası zamanı “SS” bölmələri
“SS” bölmələri nasistlərin insanlığa qarşı törətdiyi cinayətlərə görə ən çox məsul olanlar idi.
“SS” ləqəbi 1929-cu ildə faşistlər tərəfindən istifadə olunub. Gestapo agentlərindən tutmuş konsentrasiya düşərgəsinin mühafizəçilərinə qədər hərbçilər “SS” üzvləri olub.