Bir qızıl, bir gümüş, bir bürünc
Gənc gimnastlarımızdan “AGF Junior Trophy” turnirində uğurlu başlanğıc
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Daha çox çalışacağam”
Nigar Usubova: “Əsas yer tutmaq deyil, …”
-
“Olimpiya çempionu olmaq istəyirəm …”
Gimnast Nərminə Bayramova: “… Həm də bir neçə dəfə”
-
“Uğurlar hamımızı fərəhləndirir”
Yusuf Məmmədəliyev: “Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında gimnastika növləri sürətlə inkişaf edir”
-
Mehriban Əliyeva toplantı keçirdi
Birinci xanımın Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki ilə də görüşü olub
Azərbaycan gimnastı Arzu Cəlilova gənc bədii gimnastların iştirakı ilə “AGF Junior Trophy” adlı beynəlxalq turnirdə lentlə hərəkətlərdə qızıl medal qazanıb.
Vaxt.az “Trend”ə istinadən bildirir ki, idmançı 15,850 xal toplayıb.
Bu növdə gümüş medalı Rusiya təmsilçisi Lala Kramarenko (15,700 xal), bürünc medalı Bolqarıstan gimnastı Tatyana Volojanina (15,6000 xal) qazanıb.
***
13:46
Azərbaycan gimnastı Nərminə Səmədova gənc bədii gimnastların iştirakı ilə “AGF Junior Trophy” adlı beynəlxalq turnirdə topla hərəkətlərdə gümüş medal qazanıb.
İdmançımız 16,050 xal toplayıb.
Bu növdə qızıl medalı Rusiya təmsilçisi Darya Trubnikova (17,650 xal), bürünc medalı Bolqarıstan gimnastı Tatyana Volojanina (15,850 xal) qazanıb.
***
13:35
Azərbaycan gimnastı Dərya Fərşbafşəhriyari gənc bədii gimnastların iştirakı ilə "AGF Junior Trophy" adlı beynəlxalq turnirdə halqalarla hərəkətlərdə bürünc medal qazanıb.
İdmançımız 15,600 xal toplayıb.
Bu növdə qızıl medalı Rusiya təmsilçisi Lapa Kramarenko (17,750 xal), gümüş medalı Belarus gimnastı Anna Kamenşikova (16,000 xal) qazanıb.
Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında gənc bədii gimnastların iştirakı ilə “AGF Junior Trophy” adlı beynəlxalq turnirin fərdi yarışlara start verilib.
Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, turnir iştirakçıları 2003-2005-ci il təvəllüdlü gimnastların yaş qrupunda yarışırlar.
Gənc idmançılar bu turnirdə yalnız fərdi çıxış proqramı üzrə öz qüvvələrini sınayırlar. Bu gün ayrı-ayrı alətlər üzrə qaliblər müəyyənləşəcək.
Turnirdə 18 ölkənin təmsilçiləri iştirak edir.
Bu turnirdən dərhal sonra eyni məkanda bədii gimnastika üzrə Dünya Kuboku baş tutacaq.