
Prezidentin BƏƏ-nə səfəri
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
“Artıq bizim üç qızımız var”
Ermənipərəst Azule toplantı keçirməyə ölkə tapmayanda ...
Mehriban Əliyeva Odri Azulaya məktub ünvanladı
TDT ölkələrinin birinci xanımları üçün bədii proqramlar təşkil olunub
Prezident və birinci xanım muzeylərin təməlini qoydular
Prezident və birinci xanım hava limanında baş çəkdi
Sədası artıq azad Qarabağdan, Şuşadan dünyaya yayılır...
Mehriban Əliyeva İslamiadada medal qazanan idmançıları təbrik edib
Dövlət başçısı: “İndi mətbuatda taxıl qıtlığı ilə bağlı geniş məlumat yayılır”
Prezident: “Xəzər üzərindən yükdaşımaların həcminin artırılması artıq reallıqdır”
İlham Əliyev: “Bərpa olunan enerji layihələrini xarici sərmayə həyata keçirir”
Dövlət rəsmilərinin Qurban bayramı münasibətilə təbrikləri
Azərbaycanın birinci xanımı, Avropa Oyunları üzrə Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva toplantıda iştirak edib.
Toplantıdan əvvəl Mehriban Əliyeva ilə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin görüşü olub. Görüşdə ikitərəfli əməkdaşlıq, Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlıq və digər məsələlər müzakirə edilib.
Daha sonra Əlaqələndirmə Komitəsinin
üçüncü toplantısı keçirilib. Toplantıda çıxış edən Mehriban Əliyeva Patrik
Hikkiyə yenidən Avropa Olimpiya Komitəsinin prezidenti seçilməsi münasibətilə
təbriklərini çatdırıb.
«Bizim Avropa Olimpiya Komitəsi ilə
qarşılıqlı işbirliyimiz möhkəm təməl üzərində qurulub» - deyən Mehriban Əliyeva
Azərbaycanın dəfələrlə beynəlxalq yarışlara ev sahibliyi etdiyini xatırladıb,
bu oyunların keçirilməsində də Avropa Olimpiya Komitəsinin tövsiyələrinin mühüm
əhəmiyyət daşıdığını vurğulayıb: «Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil
edilməsi bizim əsas və ümumi məqsədimizdir. Azərbaycan bu oyunları Yay Olimpiya
Oyunlarının səviyyəsində keçirmək əzmindədir. Ölkəmizdə mövcud olan və
yaradılan idman infrastrukturu yarışların yüksək səviyyədə keçirilməsinə imkan
verəcək. Su İdmanı Növləri Sarayının, Milli Gimnastika Arenasının, Bakı
Atıcılıq Mərkəzinin, Bakı Olimpiya Stadionunun və digər obyektlərin inşaat
işlərinin, eyni zamanda, mövcud idman obyektlərinin əsaslı yenidənqurma
işlərinin bugünkü tempi və səviyyəsi hazırlıq işlərinin vaxtında bitəcəyindən
xəbər verir. Milli Gimnastika Arenası demək olar ki, artıq hazırdır. Biz bu
ilin iyununda orada bədii gimnastika üzrə Avropa çempionatının keçirilməsini
nəzərdə tuturuq. Bütün idman obyektləri, orada quraşdırılan qurğular sınaqdan keçirildikdən
və istismara tam hazır olduğu müəyyənləşdirildikdən sonra istifadəyə veriləcək.
Dövlətimiz bu oyunların hazırlanmasına olduqca diqqət edir. Xalqımız, xüsusilə də paytaxt sakinləri və Azərbaycanın idman ictimaiyyəti bu oyunlara hazırlıq işlərini həvəslə izləyir. İnanıram ki, məhz bu dəstək bizə faydalı olacaqdır. Biz əlimizdən gələni edəcəyik ki, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları bu sahədə yeni standart olsun».