«Bizim yarış onun xoşuna gəlir»
«Formula-1»in rəhbəri Azərbaycandan üzr istəyib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Səhvlərə yer yoxdur”
Sergey Sirotkin: “Bakı trası kifayət qədər mürəkkəbdir”
-
“İçərişəhərdə döngələr dardır”
“Bakıda olan trasa başqa ölkələrdə rast gəlmək mümkün deyil”
-
Azərbaycan Qran-Prisini kim qazanacaq?
Bu il qalibiyyəti olmamasına baxmayaraq bukmeykerlərin onun adını deyir
-
“Alternativ yollardan istifadə edin”
Bakıda bir həftə bağlı qalacaq yolların siyahısı
-
«Bakı halqasını çox bəyənirəm»
Daniel Rikkardo: «Burda hərəkət çox çətindir, amma təkərlər yanmır»
-
«Bakıda xüsusi atmosfer var»
«Formula-1»in baş memarı: «Orada ötmə ilə hər şey çox yaxşıdır»
-
«Bəxtimiz gətirdi ki, ...»
2018-ci il «Formula-1» Azərbaycan Qran-prisinin aprel ayında keçirilməsinin səbəbi açıqlanıb
-
«Kişidisə, gəlsin üz-üzə danışaq...»
Bakı Qran Prisində gərgin anlar yaşandı, ingilis pilot alman həmkarını «razborka»ya çağırdı
-
Formula 1 yarışları başlayır
Sərbəst yürüşlər 23-24, əsas isə 25 iyunda olacaq
-
Bakı qapılarını açır
Formula-1 üçün hər şey hazırdır
-
«Azərbaycan olduqca əhəmiyyətli bazardır»
Anton Şinqaryov: «Dağlıq Qarabağ münaqişəsi kiberhücum riskini artırır»
-
«Yaxşı pul verirlər, amma...»
«Formula 1»in yeni patronu Bakını sərt tənqid etdi, «Baku City Circuit» cavab verdi
«Formula-1»in yeni sədri Çeyz Keri «Liberty Media»nın icraçı direktoru Qreq Maffeyin tənqidlərinə görə yarışların Azərbaycan mərhələsinin təşkilatçılarından üzr istəyib. Bunu «F-1»in Bakı mərhələsinin promouteri Arif Rəhimov deyib.
Bundan əvvəl Qreq Maffey bildirmişdi ki, «F-1»in sabiq sədri Berni Ekklstoun yarışların Bakıda keçirilməsinə yalnız maddi marağa görə razılıq verib.
«Mən Çeyzlə telefonla danışdım. Biz əvvəlcə başqa şeyi müzakirə etdik, lakin bu mövzunu da buraxmaq olmazdı. Biz belə bir qənaətə gəldik ki, heç də hamı bu mövqeni paylaşmır.
Keri baş verənlərə görə üzr istədi. Çeyzin sözlərindən belə çıxdı ki, o Maffeyin iddiaları ilə qətiyyən razı deyil. Məsələnin bu yerə gəlib çıxması onu məyus edib, mənə isə onun bizim tərəfimizdə olması xoş təsir bağışladı.
Düşünürəm ki, biz indi bütün məsələləri həll etmiş olduq. Qaldı bircə möhtəşəm yarış təşkil etmək üçün gördüyümüz ciddi işləri hamıya göstərmək», - deyə Arif Rəhimov bildirib.
O əlavə edib ki, Keri Bakı mərhələsinin «F-1» təqvimində qalmasının tərəfdarı olduğunu bildirib.
«Bizim yarış onun xoşuna gəlir. O, məmnuniyyətlə mərhələyə gələcək», - deyə A.Rəhimov qeyd edib.