“Alternativ yollardan istifadə edin”
Bakıda bir həftə bağlı qalacaq yolların siyahısı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Əlahəzrət DYP
... Yaxud, yol hərəkəti qaydaları polisə aid deyil?
-
Sürücülərin nəzərinə!
Bakının mərkəzi küçələrində yol nişanları dəyişdirildi
-
“100” kod adlı əmr
Bakının polis rəisi iki qızı qatı cinayətkarlara davranır şəkildə niyə saxladı?
-
Sərxoşlar “Təmiz hava”nın qurbanı oldu
Yol polisi reyd keçirdi
-
“50 manat cərimə …”
Sürücülərə xəbərdarlıq
-
Riyad Əliyev saxlanıldı
Prezidentin qohumu olan iş adamına 30 sutka həbs verildi
-
DYP niyə bu günə düşüb?
Rüşvəti ver polisə birini də üstəlik
-
Əzrayıl Azərbaycan yollarında «avtoşluq» edir
5 ölü, 38 yaralı
-
Bakıda nömrəsiz maşınları kimlər sürür?
«Vətən qarşısında xidmətləri icazə vermir ki, qanunu pozsunlar»
-
11 mindən çoxu sərxoş olub
133 786 sürücü, 83 567 piyada cərimə olunub
-
«Yol polisi olmasa, ...»
Polkovnik taksi sürücülərindən şikayətçidir
-
Maşın ustaları yol polisi ilə əlbir imiş
Avtomobilinizi təmir etdirmək üçün arayış almasanız sizi cərimə gözləyir
-
Yol polisinin «qayğıkeşliyi»
«Elə edin ki, avtomobilinizi vuran adam sizi görməsin» fırıldağı, yaxud «gördüyündən göz kirəsi almaq»
-
Yollarda təhlükəsizlik tədbirləri gücləndirilib
DYP rəsmi məlumat yaydı
-
İldırım sürətli məhkəmə prosesi
Generalın çənə sındıran oğlu cəmi 2 ay «yatıb» azadlığa çıxır?
-
«102 kimdir, burada əmri mən verirəm»
Nazrin əmrinin əksinə gedən yol polisi
“Formula-1” Azərbaycan Qran-Prisi yarışının yüksək təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə paytaxtın bir sıra mərkəzi yollarında avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, məhdudiyyət yarışın hərəkət marşrutu üzrə kəsişən küçə və yollarda aprel ayının 22-dən 23-nə keçən gecədən etibarən tədbir tam başa çatana qədər davam edəcək.
Yarışının keçirilməsi ilə əlaqədar Bakı şəhər halqası kimi tanınan ərazi üzrə - Azneft, Dənizkənarı bulvar boyunca – Neftçilər, Bülbül prospektləri, Azadlıq meydanı, Puşkin, Xaqani, Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev küçələri, Qoşa Qala Qapısı, Gənclər meydanı, İstiqlaliyyət, Niyazi küçələri, eləcə də həmin küçə və prospektlərlə kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla, istiqamət dəyişdirilir.
Qeyd edilən istiqamət üzrə avtomobillərin hərəkəti əsasən Bakı-Salyan yolunun 14-cü kilometrindən 3-cü kənar dairəvi yolla Yasamal rayon ərazisindən keçərək müvafiq istiqamət üzrə, 20-ci sahə və ona yaxın ərazilərdən, 20-ci sahə dairəsindən dağüstü yolla Badamdar qəsəbəsindən keçməklə Mikayıl Müşfiq, Mətbuat prospekti istiqamətinə, Bayıl qəsəbəsindən isə Teymur Elçin, yaxud Mehdi Hüseyn küçələri vasitəsilə tənzimlənir.
Nəqliyyat sıxlığının, tıxacların yaranmaması üçün Neftçilər prospekti ilə Azneft dairəsindən keçməklə Bayraq meydanı, Bayıl və 20-ci sahə qəsəbələri, eləcə də cənuba doğru gedən sürücülərdən xahiş olunur ki, alternativ variant olaraq Afiyyədin Cəlilov – Yusif Səfərov, Yusif Səfərov – 28 May küçələri kəsişməsindən Bakıxanov, Nəriman Nərimanov, İnşaatçılar, Hüseyn Cavid, Parlament, Mikayıl Müşfiq, Mətbuat və Ziya Bünyadov prospektləri vasitəsilə hərəkətə üstünlük versinlər.
Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.