vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
DİGƏR NÖVLƏR  
16:22 | 30 noyabr 2017 | Cümə axşamı Məqaləyə 3026 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bakı halqasını çox bəyənirəm»

Daniel Rikkardo: «Burda hərəkət çox çətindir, amma təkərlər yanmır»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Yenidən Bakıda olmaqdan məmnunam. Hazırda Bakıda hava soyuq olsa da, burada çox isti qarşılandım».

Virtualaz.org bildirir ki, bu sözləri «Formula-1» üzrə dünya çempionatının bu ilin iyununda Bakıda keçirilən Azərbaycan Qran-Prisinin qalibi, «Red Bull Racing» komandasının pilotu Daniel Rikkardo jurnalistlər üçün təşkil etdiyi mətbuat konfransında deyib.

Azərbaycan paytaxtının gözəl olduğunu və Bakı halqasını çox sevdiyini vurğulayan avstraliyalı pilot deyib: «Bakı trasında hərəkət çox çətindir. Çünki yollar duz deyil. Əgər bir yerdə səhvə yol versən, bu, böyük uğursuzluqla nəticələnə bilər. Riski sevirəm. Burada sürəti anidən aşağı salmaq və yenidən artırmaq lazımdır. Bu baxımdan Bakı trasını çox bəyənirəm. Burada təkərlər yanmır. Bu da Bakı halqasının üstün cəhətlərindən biridir. Ona görə də sayıqlığı itirməməlisən».

Pilot çempionat ərzində ən ecazkar trasın Bakı halqası olduğunu deyib: «Mən Bakıda, Azərbaycan Qran-Prisində qalib olmuşam. Burada heç bir dəyişikliyin olmasını istəmirəm. Bakı şəhər halqası əla vəziyyətdədir».

Daniel Rikkardo «Formula-1»in yeni loqosunu bəyəndiyini də bildirib və əlavə edib ki,  bu, onun şəxsi fikirdir: «Düzdür, insanlar dəyişiklikləri sevmirlər, ona görə «Formula-1»in loqosunun dəyişdirilməsi birmənalı qarşılanmayıb. Bəziləri bəyənir, bəziləri isə yox. Mən bəyənirəm».