300 ildir əsir olan şeirimiz
«Uzun saçlar», «topuğacan hörüklər», «pərişan zülflər»...
Salam SARVAN
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Heykəl tənhalığı»
Salam Sarvanın yeni kitabı işıq üzü gördü
-
Yaxşı şeir niyə valeh edir?
Ən güclü şeirlər canlı təsəvvür oyadanlardır
-
«Facebook» əhlinin infarkt etdiyi şairlər
Siyasi havanın qızdığı vaxtlarda yazarın nə hünəri var sevgidən-mevgidən yazsın
-
Şadlıq evlərinə «sürpriz»
Müəllif Hüquqları Agentliyi: «Müəllif qonorarını müğənnilər yox, məhz şadlıq sarayının, restoranın hüquqi sahibi ödəməlidir»
-
Toyxana sahiblərinə «toy tutacaqlar»...
Azərbaycanda repertuardan yayınan və müəllif qonorar ödənməyən musiqi və şeirə görə 50 min manat cərimə və icbari cəza
-
50 yaşlı şair dostum
Varlığı ilə həyat yolumuza zənginlik gətirən bir İnsan - Elçin Mirzəbəyli
-
«Ümidə bulaşmış ayaqqabılar...»
50 yaşın astanasında olan Elçin Mirzəbəyli: «Həyatımı düşüncəmdə, ürəyimdə yaşayıram»
-
«70 il araq içdim, 50 il də çaxır içim»
Musa Yaqubla 80 yaş söhbəti: «Torpaq çox qəribə şeydi, həm bulandırır, həm duruldur»
-
«Səni atmaq istəmirəm»
Leyla Əliyevanın şeiri «Eşqin kəşfi» adlı qısa filmin fraqmentləri üzərində səsləndirilib
-
«Olacaqlar olacaqlar...»
-
«Arvad məni özünə yaxın buraxmır»
«Poeziya buketi, nəğmə çələngi»
-
Zəlimxan Yaquba böyrək köçürüləcək
Xalq şairi Almaniyaya ağır əməliyyata gedir
-
«İstefada olan yazıçılar»
«...sizi ya yox edər, ya yumora çevirər.» Özkan Şahin
-
«Nə olsun Mirzə Ələkbər deyil, Salahzadə Ələkbərdi»
-
«Söz cangüdənə çevriləndə»
-
«Adamın İran zindanına düşməyi gəlir»
Ey dil, Azərbaycan şeiri yarandığı dövrdən əsasən cananla məşğul. Vay dədəə, şeirimiz bu müddətdə cananın qarşısında nə hoqqalardan çıxmış?! Əzilib-büzülmüş, ağlayıb-sıtqamış, diz çökmüş, yerə yıxılıb ağnamış, bir sözlə, hər cürə vəsli-yari-dili-bəzmü-nəvayi-peymanturluqlar etmiş.
Ey əsiri-dami-ğəm, hərçənd minillik sevgi şeirimiz lox və fərasətsiz. O, indiyədək cananı «yoldan çıxara» bilməməkdə. O, hələ də ol sitəmkarın zülmündən dili-bimar vəziyyətdə. O, hələ də «qayıt!» yalvarışlarıyla cananın zəhləsini tökməkdə. Baxmayaraq ki, həmin canan otuz il bundan qabaq çıxıb getmiş və hal-hazırda doqquz uşaq anası. Hətta ona da baxmayaraq ki, bu doqquz uşağın böyüyü adam yortmağa görə on ildi ki, həbsxanada.
Ey qaşıxurma, şairlərimiz çox utancaq olduqlarından 300 il ərzində yalnız sevgili-cananın tükləriylə məşğul olmuşlar. Bu 300 ilin 150-si yarın siyah tellərinə, 100-ü hilal qaşlarına, 50-si ox kipriglərinə getmiş.
Ey saçıburma, öz dilləriylə desəm, bu şairlər lap əvvəllər təkcə cananın zülfünün pabəstəsi olublar: «uzun saçlar», «topuğacan hörüklər», «pərişan zülflər»... Və bu haqqısab dəbdə dəyişikliklərin baş verməsinədək – cananın öz saçlarını kəsdirməsinədək davam etmiş. Bax da, sevgi şerimizdə «kare saçlar», «kaskad saçlar», «şapuçka saçlar» ifadələrinə rast gəlmisənmi?
Ey çəmənpişvaz, hərçənd sevgi şeirimizin tarixi dəhşətli bir şeyi də göstərir: təkcə kişi şairlərimizin qadın cananlarının yox, elə qadın şairlərimizin kişi cananlarının da telləri nədənsə uzun olmuş. Hər halda 19-cu əsr şairəsi Heyran xanımın şeirlərindən belə məlum:
Şanə çəkibən çin-çin elə, sal üzə zülfün,Qüllab kimi ol ucları rüxsarə qayıtsın.
Ey məhi-tavan, onu deyirdim axı... Məhz canan saçlarını kəsdirəndən sonra şeirə yeni nəfəs gəlmiş, şairlər həmin zamandan başlayaraq onun hilal qaşlarına daraşmışlar. Bundan əlli il sonra isə sürmənin kəşf olunmasıyla şeirdə cananın kiprigi də görünməyə başlamış. Bu da o səbəbdən ki, yar özü şairlərə müjgan oxları atmış, yəni özü «girişmiş». Və nə sirri-xudadırsa, bu oxlar bir qayda olaraq şairlərin ürəyinə dəymiş.
Hər halda, bütün klassikanı ələk-vələk etməyimə rəğmən, alnının ortasından vurulan bir dənə də şairə rast gəlmədim.