vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
14:28 | 6 iyul 2017 | Cümə axşamı Məqaləyə 2766 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Praqadakı şübhəli qətlin təfərrüatları

Biznesmen Rəşad Qafarov bıçaqlanandan sonra yaralı vəziyyətdə qəza törədib

MÖVZU İLƏ ƏLAQƏLİ

Beynəlxalq yükdaşımalarla və logistika ilə məşğul olan Çexiya şirkəti «Tern Transport & Trading CZ»in rəhbəri, azərbaycanlı biznesmen Rəşad Qafarovun Praqada müəmmalı qətlinin bəzi təfərrüatları məlum olub.

Virtualaz.org Çexiya mənbələrinə istinadən xəbər verir ki, Rəşad Qafarova onun təsisçisi olduğu digər şirkətin - «Caspan Logistic Services»in hüquqi ünvanı yerləşən Argentinska 12-nin yaxınlığında hücum ediblər. Hadisə iyunun 29-da, günün günorta çağı baş verib.

Biznesmen həmin ərazidə kimliyi hələlik istintaqa məlum olmayan şəxs (yaxud şəxslər) tərəfindən bıçaqlanandan sonra yaralı vəziyyətdə çox güman ki, özünü həkimə çatdırmaq üçün avtomobilinə qayıdıb, ərazidən uzaqlaşa bilib. Lakin biznesmen ofisindən avtomobillə təxminən 3 dəqiqəlik məsafədə yerləşən Jateční 33a ünvanının qarşısında yüngül qəza törədib. Belə ki, Rəşad Qafarov avtomobili yaralı vəziyyətdə idarə edərkən qarşı hərəkət zolağı ilə, əks istiqamətdə gedib. Bu zaman onun avtomobili qarşıdan gələn yük maşını ilə toqquşub, yüngül qəza baş verib.


Rəşad Qafarovun bıçaqla vurulduğu ərazi


Hadisə yerinə gələnlər Rəşad Qafarovu maşında qan içində görüblər, o, dərhal xəstəxanaya aparılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq Qafarovun həyatını xilas etmək mümkün olmayıb. Praqa polisinin müstəntiqi bildirib ki, istintaq təzə başlayıb və heç bir informasiya verə bilməz.


Biznesmen bu ünvanda qəza törədib


Rəşad Qafarovun Çexiyada «Tern Transport & Trading CZ», «Caspian Logistic Services» şirkətləri ilə yanaşı «CLS-Cargo s.r.o», «Oriental Petroleum Ltd» adlı şirkətləri olub.

Bu şirkətlər özəlliklə, beynəlxalq yük daşımaları ilə məşğul olub. Şirkətlər hava, quru və dəniz yolları ilə yükdaşımalarını həyata keçirib.

Xatırladaq ki, Rəşad Qafarovun cənazəsinin Bakıya iyulun 12-də gətiriləcəyi açıqlanıb.