vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
13:00 | 10 iyun 2014 | Çərşənbə axşamı Məqaləyə 2679 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycana qarşı erməni təxribatı

«Provakasiya olduğunu anlayıb, tədbirin keçirilmə yerini dəyişdik»

MÖVZU İLƏ ƏLAQƏLİ

Çexiyada yaşayan ermənilər iyunun 9-da Praqada «Azərbaycanın təhlükəsizlik siyasəti regional təhlükəsizliyin və sülhün təminatçısı kimi» mövzusunda keçirilən beynəlxalq konfransa qarşı təxribat törətməyə cəhd ediblər. Lakin bu cəhdin qarşısı alınıb.


Vaxt.az azvision.az-a istinadən bildirir ki, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat xidmətindən verilən xəbərə görə, bu barədə konfransın təşkilatçılarından biri, Karl Universiteti Təhlükəsizlik Siyasəti Mərkəzinin rəhbəri Miloş Balaban məlumat verib.

O bildirib ki, tədbirin keçirilməsinə bir neçə gün qalmış konfransın işinin pozulması üçün müxtəlif təxribatlarla üzləşiblər. Çexiyada fəaliyyət göstərən erməni diasporunun nümayəndələri konfransın işini pozmaq üçün əvvəlcə Universitet rəhbərliyinə etiraz ediblər. Sonra isə təşkilatçıları belə bir addım atmaqdan çəkinməyə çağırıblar. Sonuncu gün isə tədbirin keçiriləcəyi konfrans zalına erməni tərəfinin fikirlərini çatdırmaq üçün mütəxəssislərin gələcəyi və bu məqsədlə onlara da icazə verilməsi istənilib: «Biz bu təklifin açıq provakasiya olduğunu anladıq və Universitetdə tərəflər arasında insident yaşanmaması üçün tədbirin keçirilmə yerini dəyişdik. Bu səbəbdən mətbuata, digər həmkarlarımıza, QHT təmsilçilərinə geniş dəvət göndərməkdən çəkindik. Buna baxmayaraq, uğurlu konfrans alındı. Bu sahənin bilicisi olan 70-dən çox mütəxəssisin konfransın işində fəal iştirak etməsi dediyimizə sübutdur. Baxmayaraq ki, bizə qarşı hədə və təhdidlər davam edir, biz öz işimizi sona çatdırmağımıza sevinirik».

Qeyd edək ki, iyunun 9-da Praqada Şərqi Avropanın ən tanınmış və qədim universitetlərindən biri olan Karl Universitetində «Azərbaycanın təhlükəsizlik siyasəti regional təhlükəsizliyin və sülhün təminatçısı kimi» mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün elan etdiyi qrant müsabiqəsi çərçivəsində reallaşan konfransda Çexiyanın Xarici İşlər, Daxili İşlər, Müdafiə nazirliklərinin yüksək çinli əməkdaşları, bir sıra universitetlərin professor, doktorant və magistirləri, QHT və media təmsilçiləri iştirak ediblər.