vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
GÜNDƏM  
19:33 | 6 iyul 2017 | Cümə axşamı Məqaləyə 2571 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Açıq deyəcəm, biz artıq yorulmuşuq»

Səfir Zəhradan danışdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Alxanlıda baş verənlərlə bağlı danışıb.

VAXT.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, səfir dünya ictimaiyyətini baş verənlərə laqeyd qalmamağa səsləyib: «Bu, mülki vətəndaşların öldüyü ilk belə hadisə deyil. Ən pisi isə ondur ki, uşaqlar ölür. Vaxt vardı xüsusi bomba yerləşdirilən oyuncaqlar çayla axıdılırdı, bu yolla neçə-neçə azərbaycanlı uşaqlar ölmüşdü. Təəssüf ki, o zaman dünya ictimaiyyətindən qarşı tərəfin ünvanına ittihamlar eşitmədik. Ümid edirik ki, bugünkü hadisə onların diqqətini çəkəcək.

İki yaşlı Zəhra öldü ki, dünya ictimaiyyəti münaqişənin başa çatdırılmalı olduğunu başa düşsün. Münaqişə beynəlxalq hüquq çərçivəsində bitməlidir. Dinc vətəndaşlar ölür, uşaqlar ölür, dünya buna necə biganə yanaşır?

Kimin aqressor, kimin qurban olduğu aydındır. Bəllidir, kim nə istəyir və bunu hansı yolla əldə etmək istəyir.

Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, münaqişənin sülh yolu ilə həllinə sadiqik. Lakin münaqişə həll olunmur. Hamımız şahidik ki, Azərbaycan xalqı çox səbirlidir. Lakin açıq deyəcəm, artıq 70 yaşı olan mənim nəslimin nümayəndələri yorulublar. Biz bu məsələnin həll olunmasını istəyirik».