vaxtlı-vaxtında oxuyun! Bazar, 1 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
01:11 | 3 dekabr 2022 | Şənbə Məqaləyə 1097 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İsrarlı çağırış

Qarşı tərəfdən mütləq cavab olacaq

Bəybala MİRZƏYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Müdafiə Nazirliyi (MN) bununla artıq beşinci, ya altıncı dəfədir ki, sülhməramlılara çağırış edir.

Bu gün də çağırış etdi və yenə də bir daha təəssüflə bildirdi ki, “Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında Azərbaycan ərazilərinin adları hələ də uydurma erməni toponimləri ilə qeyd olunmaqdadır”.

Əlbəttə ki, “sülhməramlı”lara rəhbərlik edən Rusiya Müdafiə Nazirliyinin isə bu yanlış ifadələrin istifadə olunmaması ilə bağlı tərəfimizdən dəfələrlə edilən müraciətlərə etinasız yanaşılması  ümumiyyətlə anlaşılan deyil.

Lakin bütün bunlara rəğmən, Azərbaycan Müdafiə Nazirliyi özünü karlığa və korluğa vuran Rusiya tərəfinə bir daha israrla bildib ki, yaşayış məntəqələrimizin adlarının düzgün qeyd olunmaması, habelə “Dağlıq Qarabağ ərazisi” ifadəsinin işlənməsi yolverilməzdir.

Müdafiə Nazirliyinin Facebook səhifəsində yer alan açıqlamada daha sonra Rusiya tərəfinə o da xatırladılıb ki, “sülhməramlı”ların qeyri-qanuni olaraq “Mardakert” və “Martuni” kimi adlandırdıqları Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları müvafiq olaraq Ağdərə və Xocavənddir. 

Açıqlamanın sonunda isə “sülhməramlı”ların bizim ərazimizdə müvəqqəti olaraq yerləşdirilməsinə vurğu edilərək belə bir çağırış yer alıb:

“Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyə çağırırıq”. 

Zənnimcə, bizim hərbi nazirliyimizin bu cür davamlı müraciətlərinin və israrlı çağırışlarının hansısa bir müsbət nəticəsi olacaq. Düzdür, əslində MN bunu çoxdan, lap çoxdan etməliydi. Amma yenə də eybi yox, atalar demişkən, gec olsun, güc olsun. 

Rusiya tərəfi bizim MN-in bu çağırışlarına uzun müddət səssiz, reaksiyasız qala bilməz. Çünki əks təqdirdə, bunun Rusiya üçün nə kimi mənfi nəticələrinin ola biləcəyini başa düşürlər. 

Odur ki, qarşı tərəfdən mütləq cavab olacaq. İndi gözləyək görək həmin cavab nə dərəcədə səmimi olacaq. Hərçənd ki, Rusiya tərəfindən səmimiyyət gözləmək yersizdir. 

Çox güman ki, Rusiya Müdafiə Nazirliyi də Mariya Zaxarovanın stilində zəhərli, məkrli, ikibaşlı səpkidə bir cavab bəyanatı ilə çıxış edəcək. Ancaq bizə isə Rusiya tərəfinin bəyanatı yox, Azərbaycan Müdafiə Nazirliyinin çağırışlarında qeyd olunan məsələlərə doğru-düzgün əməl etməsi lazımdır.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)