vaxtlı-vaxtında oxuyun! Şənbə, 9 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
19:29 | 3 noyabr 2022 | Cümə axşamı Məqaləyə 1161 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Çoxdan arzuladığımız silah...

XTQ-nin təlimlərində 2 vacib məqam ­­­– general Bəxtiyar Ersay və “Kargu”

Təhməz ƏSƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Tehran böyük bir ordu ilə Araz vadisi boyunca İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) başladığı son hərbi təlimləri, bir-birinin ardınca Arazın bu tayına ünvanlanan təhdidedici absurd bəyanatları ilə Azərbaycana hədə-qorxu gələcəklərinə ümid etdilər.

Bunun rəğmən Azərbaycan yenə də cənub qonşumuza, “şiə qardaşımıza” qarşı barış mövqeyini qoruyub saxlamaq, normal münasibətləri gələcəyə daşımaq adına İrana dostluq əlini uzatmağa hazır olduğunu dəfələrlə nümayiş etdirsə də, Tehran yolundan dönmədi ki, dönmədi...

İrandan hər əmmaməli, hər dövlət nümayəndəsi vaxtaşırı Azərbaycanı hədəf taxtasına çevirərək, gah Bakını raketlə vurmaqda hədələdi, gah da bunun üçün raketi Azərbaycana qarşı revanş ritorikasından əlçəkməyən Ermənistana göndərməklə qərara gəldi ki, bu düymə İrəvanda basılsın.

Amma Azərbaycanın səbri və hörməti əbədi deyil. İranın indiyə qədər Azərbaycana qarşı irəli sürdüyü bütün təhdidlərə rəğmən, rəsmi Bakı barışdırıcı mövqe tutaraq və diplomatik gedişlərlə məsələnin çözülməsinə çalışsa da vəziyyətin artıq dözülməz həddə yaxınlaşdığını hiss edincə ilk dəfə olaraq Azərbaycan İranın hərbi təhdidlərinə qarşı elə onun “dilində” cavab vermək qərarına gəldi.

Çünki Azərbaycanın sükut nümayiş etidrərək, prosesləri uzun müddət sakit izləməsi əksinə təhdid ritorikasından əl çəkməyən İranın üstəlik Ermənistanı silahlandırması, onu Azərbaycana qarşı növbəti müharibə üçün hazırlaması kimi razılaşmaların ortaya çıxması reallığı ilə bizi üz-üzə qoydu. Bu isə Bakının barışdırıcı, uzlaşdırıcı təklifindən imtinadan başqa bir şey deyil.

Vətən müharibəsindən sonra İranın təhdidləri artan xətt üzrə inkişaf etməsi Bakını mümkün təhdidlərə və risklərə qarşı hərbi müstəvidə hazırlıq aparmaq məcburiyyətində qoydu. Araza körpü ataraq Azərbaycana hücum planı üzərində təlimlər keçənlərə qarşı müasir döyüş sənətini yenidən yazan XTQ-nin Araz vadisi boyu təlimlərə cəlb edilməsi Bakının Tehrana adekvat cavabı kimi şərh edilməlidir.

Bunun nəticəsi idi ki, ötən gündən etibarən Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Respublikasının cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimi start götürüb.

XTQ təlimlərində 2 diqqətçəkən məqam:

 

Türk general

 

Müdafiə Naziri Zakir Həsənov respublikamızın cənub rayonlarında yerləşən hərbi hissə və birləşmələrin döyüş hazırlığını yoxlayıb, Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin qeyd olunan ərazilərdə keçirilən təlimini izləyib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi hissə və birləşmələrin döyüş hazırlığını yoxlamaq üçün təlimlərin keçirildiyi ərazidə olub, onu izləyib.

Burada ən diqqətçəkən məqamlardan biri Zakir Həsənovla birgə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı general-polkovnik Bəxtiyar Ersayın da bu təlimləri izləyənlər arasında olmasıdır. Bəxtiyar paşanın cənub sərhəddimiz boyu keçirilən bu təlimlərdə iştirakı İrana növbəti mesaj ola bilər. Bununla Bakı və Ankara Tehrana xatırlatmış olur ki, əgər sən işğalçı Ermənistan ilə ittifaq qurmuş olarsansa, bizi qarşına almış olarsan.

 

“Kargu 2” kamikadze dronları

 

Bu təlimlər müasir üsullarla keçirilən təlim-məşq prosesi kimi xüsusilə diqqət çəkib. XTQ-lərin hərbi qulluqçularının döyüş hazırlığı, qarşıya qoyulan bütün tapşırıqları peşəkarlıqla yerinə yetirməsi diqqətdən yayınmayıb. Amma bu təlimlərdə bir məsələ xüsusilə diqqət çəkib. Bu da ilk dəfə hərbi qulluqçularımızın ixtiyarına verilən “Kargu 2” dronlarıdır.

Türkiyə istehsalı olan bu dronlar helikopter tiplidir. 2017-ci ildən bəri Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil edilən bu dron 2019-cu ildən təkmilləşdirilərək Kargu-2 adı altında istehsalına başlanılıb.

 

Kargu 2-nin özəlliyi: 

Ona istənilən çeşiddə, müxtəlif tip partlayıcı maddə (bomba) yerləşdirmək olur;

Uzaqdan idarəetmə ilə hədəf işarələnir. Hədəfə çatanda özünü çırpıb partlada bilər;

Çırpılmadan bəlli bir məsafədə havada partlaya bilər;

Üzərindəki bombanı hədəfə buraxıb, geri qayıda bilir.

 

Çəkisi 15 kq olan Kargu-2 havada 30 dəqiqəyə qədər qalma qabiliyyətinə malikdir. XTQ təlimlərindən də göründüyü kimi idarəetmə operator tərəfindən yerdən həyata keçirilir. Bu səbəbdən dron hərəkətdə olan obyektlər də daxil olmaqla istənilən hədəfə tərəf yönəldilə bilər. Əgər dron hədəfi məhv etməyibsə, sonradan istifadə üçün operatorun yanına qayıda bilər.

Onu da əlavə edim ki, ayrıca Kargu-2 dronunda hədəfləri müstəqil olaraq aşkar edə və vura biləcəyi yarı-avtonom uçuş və axtarış rejimi mövcuddur. Bu halda operatora yalnız onu müəyyən bir istiqamətə yönəltmək qalır. Operator lazım gələrsə, pilotsuz təyyarənin hücumunu ləğv edə və ya başqa bir hədəfə yönləndirə bilər.

Oyuncağa bənzəyən bu dronun döyüş başlığı düşmən personalı və digər silahsız hədəfləri məhv etmək üçün parçalanan, yüngül zirehli nəqliyyat vasitələrinə hücum üçün məcmu və ya qapalı məkanda hədəfləri məhv etmək üçün isə termo bomba şəklində ola bilir.

Orta Şərq və türkdilli ölkələrdə bu dron kamikadzeyə xüsusi maraq var. İstehsalçı Türkiyə nəzərə alınmasa Silahlı Qüvvələrinin ixtiyarına verən ilk ölkədir.