Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
18:08 | 3 noyabr 2022 | Cümə axşamı
Məqaləyə 1207 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Ötən gün Rusiya prezidenti Vladimir Putin güc blokunun rəhbərliyi ilə videobağlantı vasitəsilə görüş keçirib. Görüşün təşəbbüskarı Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev olub. Əsas müzakirə mövzusu Özəl Hərbi Şirkətin (ÖHŞ) kuratorunun artan ambisiyaları olub.
“Putinin aşpazı” ləqəbli ilə tanınan “Vaqner muzdluları”nın yaradıcısı Yevgeni Priqojin özünü Rusiyanın siyasi Olimpində görür və hazırda siyasətçi kimi öz karyerasını formalaşdırmaq və təbliğ etmək üçün kifayət qədər uğurlu PR kampaniyası aparır. Priqojin filmlər çəkir, mərkəzlər açır, müsahibələr verir, orada nəinki cəbhədəki, hətta Rusiya və dünyadakı vəziyyətlə bağlı fikirlərini bölüşür, prezidentə məsləhətlər verir və onu kadr qərarları verməyə məcbur edir. Və ən əsası odur ki, Priqojin bu günə qədər 37.000-dən çox insanı, o cümlədən cəzaçəkmə müəssisələrindən cəlb edilmiş 11.452 cinayətkarı əhatə edən ən böyük şəxsi ordunun kuratorudur. O, birbaşa və dolayısı ilə Putinin ona həvalə etdiyi “ümumi fond”a nəzarət edir ki, hazırda burada 15 milyard dollara yaxın vəsait var. Rusiya xüsusi xidmət orqanları isə onun xərclərinə nəzarət etmək iqtidarında və imkanında deyillər. Patruşevin sözlərinə görə, hərislik və pul yanğısı Priqojin üçün arxa plana keçib, indi o, Rusiyada hakimiyyət payını almaq istəyir və bütün mövcud resurslardan istifadə edərək məqsədinə çatmaq üçün maksimum səy göstərəcək.
Təhlükəsizlik Şurasının katibi hesab edir ki, gələn il Priqojin demək olar ki, Rusiyada sabitliyi pozan əsas amilə çevriləcək. Patruşev Putinə bu problemin həllini gecikdirməməyi təklif edib və Priqojini zərərsizləşdirmək barədə öz vizyonunu təqdim edib. Prezident təklifləri nəzərdən keçirəcəyini söyləyib, lakin cəbhədə ÖHŞ-lərin olmasının zəruriliyini bildirib və Priqojinin liderliyini və təşkilatçılıq bacarıqlarını qeyd edib. Elitalar arasında ciddi münaqişə yaranır. Təhlükəsizlik qüvvələri Priqojin və tabeçiliyində olanların davranışından son dərəcə narazıdırlar. Onlar kobud davranır, cəbhədə nəinki döyüşdə, həm də Rusiya ordusunun "öz" hərbi qulluqçuları ilə münaqişəli vəziyyətlərinin həllində istədikləri qərarı verirlər. Bu xüsusda də ən azı 15 hadisə məlumdur ki, OHŞ nümayəndələri rus əsgər və zabitlərini öldürblər və bunun müqabilində minimum cəza belə almayıblar. Putinin güc strukturlarına Priqojinə hər yerdə və hər şeydə kömək etmək göstərişi güc blokunun rəhbərliyini əsəbiləşdirir. Belə bir qarşıdurma uzun müddət davam edə bilməz. Və Putin Priqojinlə təhlükəsizlik qüvvələri arasında seçim etməli olacaq. Amma bu seçim problemi həll edə biləcəkmi?