1 ildə nə dəyişib?
Prezidentlərin son görüşündən 365 gün keçib
Vüqar İSMAYILOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Sülh müqaviləsi 80 faiz razılaşdırılıb”
Prezident İlham Əliyev: “AB Komissiyası Azərbaycanı Avropanın etibarlı tərəfdaş adlandırır”
-
Prezidentin BƏƏ-nə səfəri
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
-
Qərbi Azərbaycanda dəyişdirilən türk mənşəli toponimlər
Vaxt gələcək, tarixi yer-yurd adlarımız bərpa olunacaq...
-
Hədəf 15 milyarddır
Türk dövlətləri ilə ticarət rekord həddə
-
Sadəcə, İlham...
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
-
Azərbaycanda lüks hotellərin daha bir brendi
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
-
270 yaşlı tarixi abidə
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
-
Dünya İrsi Siyahısındakı “Yuxarı Baş”
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
-
Aİ ilə Fransanın fərqi ...
Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur
-
Bakı Vaşinqtonu inandıra bilsə, ...
İranın vurulması Zəngəzurdan başlamalıdır
-
Putin narahatdır
Doqquz gündə üçüncü zəng nələrinsə plan üzrə getmədiyini göstərir
-
Prezidentdən mühüm mesajlar
Brüssel görüşündən imtina, İrana gözdağı, Zəngəzur dəhlizi ilə bağlı yekun fikir
-
O tayın və bu tayın lideri
İlham Əliyev Helmut Kolun yolunu gedir – hamını inandırmaq
-
Əliyev açıq danışdı
İran təxribatlarından sonra ilk dəfə hər şeyi öz adı ilə adlandırıldı
-
Gərgin mərhələyə qədəm qoyuruq
“Güney azərbaycanlıların hüquqları məsələsi İranın daxili işidir” dövrü geridə qaldı
-
Görüş baş tutumayacaq
Əliyev Makronu “oyundan kənar vəziyyətdə” saxlayır
2016-cı ilin aprelində alovlanan dördgünlük müharibədən sonra Azərbaycan və Ermənistan prezidentlərinin mayda Vyanada və iyun ayında Sankt-Peterburqda keçirdikləri görüşlər danışıqlar prosesinin yenidən canlanacağına ümid yaratmışdı.
4 gün ərzində 200 insanın ölməsi sanki bütün dünyanın Qarabağdakı münaqişə zonasında status-kvonun saxlanmasının mümkünsüzlüyünü anlaması görüntüsü yaratmışdı. Həmsədr ölkələrin, beynəlxalq təşkilatların və münaqişə tərəflərinin bu barədə açıqlamaları da bu inamı möhkəmləndirmişdi.
Lakin ötən il iyunun 20-də Sankt-Peterburqda Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin görüşündən sonra münaqişənin həlli istiqamətindəki pozitiv siqnallar azalmağa başladı. Halbuki, Peterburqda Putinin vasitəçilyi ilə İlham Əliyev və Serj Sərkisyan arasında baş tutan danışıqlardan sonra tərəflər müsbət dəyişikliklərin olduğunu bildirirdi.
“Təmas xəttində sabitliyin saxlanması və sülh danışıqlarının davam etdirilməsi üçün münaqişə bölgəsində beynəlxalq müşahidəçilərin sayının artırılması barədə razılıq əldə olundu. Dövlət başçıları Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vacib olan bir sıra məsələlərdə qarşılıqlı anlaşma əldə ediblər”- deyə görüşdən sonra verilən rəsmi açıqlamada deyilirdi.
İstər Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, istərsə də Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanın məsələ ilə bağlı verdikləri açıqlamalar da Bakı və İrəvanın bəzi məsələləri həll etdikləri və həll prosesində irəliləyişə yaxın olmaqlarından yana idi.
Lakin 20 iyun görüşündən sonra yenidən sərt ritorika proseslərdə əsas vasitəyə çevrildi. Təmas xəttində bir neçə ay ərzində müşahidə olunan səssizlik yerini snayper və artilleriya duellərinə verdi. Hər gün təmas xəttində insidentlərin yaşanması, PUA aparatlarının məhvi və s. xəbərlər nazirliklərin əsas səhifəsinə yerləşdirilirdi.
Faktiki olaraq, atəşkəs rejiminin pozulduğunu aşkar nümayiş etdirən bu videogörüntülər Bakı ilə İrəvanı real hərbi konfliktdən heç nəyin ayırmadığını göstərirdi. Prezidentlərin 13 aya yaxın görüşməməsi də həyəcanlı siqnal sayıla bilər. Nə həmsədrlərin regiona iki səfəri, nə də xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbəndyanın görüşləri prezidentlərin uzun fasilədən sonra bir masa ətrafında əyləşməsinə nail olmayıb.
Eskalasiyanın məntiqi sonluğu isə iyulun 4-də Füzulinin Alxanlı kəndində erməni raketlərinin 18 aylıq Zəhranın və nənəsinin ölümünə, daha bir kənd sakinin isə yaralanmasına yol açdı.
Bu dəhşətli fakt barədə aparıcı dövlətlər bəyanatlar versə də, baş verən cinayətə görə ünvanlı tənqidin olmaması, hadisəyə görə tam məsuliyyət daşıyan rəsmi İrəvana qarşı heç bir xəbərdaredici addımın atılmaması təəssüf doğurur.
Bu hadisə həmçinin, münaqişənin tezliklə həllini, status-kvonun dəyişməli olduğunu və apreldə baş verən hadisələrin yenidən təkrarlana biləcəyini göstərdi.