vaxtlı-vaxtında oxuyun! Cümə, 22 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7007 AZN
Avro 1 EUR = 2.0209 AZN
Rusiya rublu 1 RUB = 0.0292 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2939 AZN
Türk lirəsi 1 TRY = 0.4853 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
AVROPA  
22:21 | 13 iyul 2017 | Cümə axşamı Məqaləyə 260 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Hər nədirsə, dörd ayağı, bir ağzı var»

İngiltərə küçələrində tülkülər gəzirdi, indi də çöldonuzları gəlib

«The Telegraph» yazır ki, polis İngiltərənin Qlouçester şəhərinin mərkəzində gecə vaxtı gəzən vəhşi çöldonuzunun təhlükəsizlik kamerası tərəfindən çəkilmiş videosunu yayınlayıb.

Xəbər verilir ki, ilk dəfə ötən çəşənbə axşamı gecə görünən heyvanı hələki tutmaq mümkün olmayıb.

Yerli polisin «Twitter» hesabına qoyulmuş fotonun altında belə bir sorğu var idi: «Siz donuzunuzu itirməməsiniz ki? İtirmisinizsə o dünən gecə şəhər mərkəzində cövlan edirdi».

Lakin yerli sakinlər çox tezliklə bu sorğuya cavab olaraq bildiriblər ki, şəkildəki vəhşi çöldonuzudur və şəhər mərkəzinə yaxınlıqdakı meşədən gəlmiş ola bilər.

Yerlilərdən biri - Ian Hatton Facebook-da yazıb: «Bu donuz deyil, çöldonuzudur. Vəhşi heyvandır. Belə heyvanın şəhər mərkəzinə gəlməsi vahiməlidir».

Jaclyn Davis isə bidirib: «Hər nədirsə, dörd ayağı və bir ağzı var. Rahatca qolumuzu qopara bilər».

Başqa bir yerli - Hannah Davenport isə yazıb: «Bu vəhşi çöldonuzudur və şəhər mərkəzinə Qlostaşir meşəsindən gəlib. Onlara yaxın getməyin, qorxuludur, sizi parçalaya bilər».

Bundan əvvəl qabanın bir növü olan çöldonuzlarını İngiltərənin Din (Dean) meşəsində müşahidə etmişdilər. Onların adamlara, itlərə və hətta avtomobillərə hücumları qeydə alınıb.

Qonşuluqdakı Yorkley, Lidney, Koleford və Alvinqton şəhərlərinin sakinləri ətraf meşələrdə çöldonuzlarının kəskin artmasından narahatdırlar.

Verilən məlumata görə, son üç ildə qabanların sayı üç dəfə artaraq 1562 başa çatıb.

Meşəçilik Komitəsi çöldonuzu sayının 400-dən çox olmamasına çalışır.

«The Telegraph» yazır ki, əvvəllər qabanlar meşəliyə yaxın kəndlərə gəlib çıxırdılar, lakin onların şəhər mərkəzində gəzməsi ilk belə hadisədir.

Yerli media xəbər verir ki, London da daxil, İngiltərə şəhərlərinin küçələrində tülkülərlə tez-tez rastlaşmaq mümkündür. İndi belə görünür ki, şəhər faunasına daha bir vəhşi heyvan əlavə olunub.

Xatırladaq ki, bir neçə gün əvvəl Böyük Britaniya meşələrində maralların həddindən artıq çoxalması ilə bağlı narahatlıq yaratmışdı.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *