vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
OLAY  
13:05 | 18 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 1905 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bizi təhqir edərək...»

Yardıma gedənlər döyüldülər

Xətai rayonunda təcili tibbi yardım stansiyasının həkim briqadası sərxoş şəxslər tərəfindən döyülüblər. 7 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Aynurə Şamilzadə və feldşer Günay Həziyeva Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən restoranlardan birinə çağırışa gedən zaman gözləmədikləri vəziyyətlə üzləşiblər.

ARB TV xəbər verir ki, içkili vəziyyətdə olan xanıma yardım etmək istəyən zaman bir neçə nəfər onlara xəsarət yetirib.

Aynurə Şamilzadə - Həkim: «Restoranın həyətində içkili vəziyyətdə yerdə uzanmış bir xanım idi. Dərhal xanımı müayinə etmək üçün yaxınlaşdıq. Xəstənin ətrafında bir neçə insanlar var idi ki, hamısı sərxoş vəziyyətdə idilər. Bizə təhqiredici, nalayiq sözlər deməyə başladılar. Bizi təhqir edərək, əl-qol atmağa başladılar, bizi döydülər».

Qadını xəstəxanaya aparmaq istəyən tibb işçiləri, bu dəfə elə xanımın özü tərəfindən təzyiqə məruz qalıblar.

Aynurə Şamilzadə - Həkim: «Biz xəstəni xəstəxanaya aparmaq istədik. Xəstə maşına minəndə oyanıq vəziyyətdə olduğu üçün əl-qol atırdı, təpik atırdı, maşına da xələl yetirib».

Zərər çəkənlər sonradan adlarını bildikləri Salmanova Günel və Elvin adlı şəxsdən aidiyyatlı orqanlara şikayət ediblər.

Artıq Xətai rayon Polis İdarəsi 34-cü polis bölməsində araşdırmalara başlanılıb. Müvafiq ekspertizaların rəyindən sonra fakta hüquqi qiymət veriləcək.