«Hamısı Rusiyaya birləşməlidir»
Jirinovski Qarabağ və digər münaqişələr haqda «orijinal» ideya verib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Sanksiyalara qarşı əməkdaşlıq
Pezeşkiandan Kremlə çağırış
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski növbəti dəfə keçmiş sovet respublikalarındakı münaqişələrin həlli ilə bağlı özünün «orijinal» ideyasını irəli sürüb.
Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Jirinovski bu gün Dövlət Dumasında jurnalistlərlə söhbətində bu münaqişələrin həllinin yeganə yolunun «bütün respublikaların yenidən vahid dövlətin tərkibinə qayıtması» olduğunu bildirib.
«Bizdə Donbas, Dnestryanı, Abxaziya, Osetiya, Qarabağ əzab çəkir. Həll yolu birdir-ancaq vahid ölkənin bərpası, bunsuz qan və zorakılıq hələ onilliklər bundan sonra davam edəcək», - Jirinovski deyib.
LDPR lideri hesab edir ki, ölkələrin birləşməsi ancaq referendum yolu ilə olmaldır. Onun fikrincə keçmiş SSRİ-nin heç bir respublikası yenidən Rusiya ilə birləşib vahid ölkədə yaşamaqdan imtina etməz. «Referendum yolu ilə vahid böyük ölkə. Normal referendumda hamı, o cümlədən Pribaltika SSRİ sərhədlərinə qayıdacaq»-Jirinovski bildirib.
LDPR lideri bundan əvvəl də bir neçə dəfə Qarabağ münaqişəsinin həll yolu kimi «Azərbaycan və Ermənistanın Rusiyaya birləşməsini» təklif edib.