vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
QƏZA, FACİƏ  
08:56 | 9 avqust 2017 | Çərşənbə Məqaləyə 2957 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Novxanı yolunda ağır avtoqəza

Ölənlər və yaralananlar var

MÖVZU İLƏ ƏLAQƏLİ

Abşeron rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.

APA TV-nin xəbərinə görə, Novxanı-Binəqədi yolunda qeydə alınmış hadisə zamanı iki »Mercedes« və bir »Vaz 2106« markalı minik maşınları toqquşub. Nəticədə iki azyaşlı - 6 yaşlı Gülçöhrə Seyidova və 2 aylıq Mehram Seyidov dünyasını dəyişib. Daha 5 nəfər - 1980-ci il təvəllüdlü Mehman Seyidov, 1988-ci il təvəllüdlü Könül Seyidova, 1992-ci il təvəllüdlü Ləman Mahmudzadə, 1992-ci il təvəllüdlü Lamiyə Mahmudzadə və 1978-ci il təvəllüdlü Mehdixan Vəkilov isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, avtoqəza »Mercedes« markalı avtomobillərdən birinin sürücüsünün səhvi ucbatından baş verib. Sərxoş olduğu deyilən həmin sürücü avtomaşını yolun əks istiqamətində idarə etməklə qəza şəraiti yaradıb.

Sərxoş sürücü artıq saxlanılaraq məsuliyyətə cəlb olunub. Hadisənin təfərrüatları istintaq yolu ilə araşdırılır.