vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
REGİON  
14:19 | 12 avqust 2017 | Şənbə Məqaləyə 2121 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ermənistanda kişi çatışmazlığı var»

Helsinki Vətəndaş Assambleyası: «Əhali ölkədən qaçır, kəndlər, şəhərlər boşalır»

MÖVZU İLƏ ƏLAQƏLİ

İşğalçılıq siyasəti ilə regionda özünü təcrid vəziyyətinə salan Ermənistanda miqrasiya problemi pik həddədir. BMT-nin hesabatında belə davam edəcəyi təqdirdə ölkə əhalisinin 9,6 faiz azalacağı proqnozlaşdırılır.

«Əhali ölkədən qaçır, kəndlər, şəhərlər boşalır», - bu barədə məlumat Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin Ermənistanda miqrasiya problemləri ilə bağlı hesabatında yer alıb.

Mərkəzin sədri Artur Sakunts bildirir ki, vəziyyət kritikdir. Ölkə əhalisinin sayında azalma mənfi miqrasiya sadosuna gətirib çıxarır. Bu isə o deməkdir ki, Ermənistanı tərk edənlərin sayı ölkədə doğulanların sayından çoxdur.

Hüquq müdafiəçisi bütün bunlarda hazırkı Ermənistan rəhbərliyini günahlandırır. Bildirir ki, məhz Serj Sarkisyanın səriştəsiz idarəçiliyi nəticəsində ölkə saysız problemlər içində boğulur. Bu da miqrasiya tempinin sürətlənməsi ilə nəticələnib. Son 10 ildə Ermənistanı 320 min insan birdəfəlik tərk edib. Onların 160 min nəfərini gənclər təşkil edir. Ölkədən gedənlər əsasən kişilərdir.

Bu isə o deməkdir ki, yaxın gələcəkdə Ermənistanda hərbi xidmətə getməyə adam tapılmayacaq. Çünki azalan doğum sayının fonunda miqrasiya tempi artıb. Ermənistandakı köç BMT-nin dünya ölkələrində demoqrafik vəziyyətlə bağlı hesabatında da əksini tapıb.

Ölkədə demoqrafik azalma artıq 5 ildir ki, müşahidə olunur. Belə davam edəcəyi təqdirdə isə yaxın illərdə Ermənistan əhalisi 9,6 faiz azalacaq.