vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
15:42 | 16 avqust 2017 | Çərşənbə Məqaləyə 3131 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sözümüzün üstündəyik»

«Türk adına qarşı həssaslıqlar yaranıb amma fraksiyanın adı Türk Bölgələri qalacaq»

MÖVZU İLƏ ƏLAQƏLİ

Keçən günlərdə Təbriz millət vəkili Şəhabəddin Bimiqdar Türk Bölgələri Fraksiyasının yerinə başqa bir layihənin gündəmə alındığını açıqlamışdı. Amma Urmiya millət vəkilləri Türk Fraksiyasına qarşı həssaslıqlara baxmayaraq fəaliyyətə davam edəcəklərini ifadə edirlər.

Urmiyada fəaliyyət göstərən «Yol Press» media qrupu mövzu ilə bağlı Urmiyanın hər üç millət vəkilinə müraciət edib.

«Yol Press»in veb səhifəsi və «Telegram» kanalında yayımladığı məlumata əsasən, muhafizəkar millət vəkili Nadir Qazipur fraksiyanın fəaliyyətə davam etdiyini söyləyib.

Digər mühafizəkar millət vəkili Ruhullah Həzrətpur parlamentdə «Türk» adına həssaslığın olmadığını bəyan edərkən, islahatçı vəkil Hadi Bahadıri «Türk» adına qarşı həssaslıqların mövcud olduğunu, amma buna baxmayaraq fraksiyanı ayaqda tutmağa çalışdıqlarını ifadə edib.

«Fraksiyanın adı Türk Bölgələri Fraksiyasıdır. Biz sözümüzün üstündəyik», deyə Hadi Bahadıri söyləyib.

Bu açıqlamalardan sonra Təbrizin islahatçı millət vəkili Bimiqdar deyib ki: «Məclisin başqanlıq heyəti fraksiyanın fəaliyyətinə icazə verməyib. Buna görə, bəzi millət vəkilləri həssaslıqları aradan qaldırmaq üçün fraksiyanın adının Şimal-Qərb Vilayətləri Fraksiyası olmasını təklif edirlər. Əlbəttə mən bunu qəbul etmirəm».

Amma muhafizəkar vəkil Ruhullah Həzrətpur başqanlıq heyətinin Türk Fraksiyasının fəaliyyətinə icazə verdiyini irəli sürür.

Türk Bölgələri Fraksiyası ilə bağlı ziddiyyətli açıqlamalar yayımlanarkən, fraksiyanın başqanı Məsud Pezeşkiyan və sözçüsü Zəhra Sai indiyədək hər hansı bir izahat verməyiblər.

Urmiyalı vəkillər həmçinin Həsən Ruhaninin məclisə təqdim etdiyi yeni nazirlər siyahısı haqqında danışıblar. Həzrətpurun bildirdiyinə görə, «yeni kabinetdə Azərbaycanın sərhəd vilayətlərindən olan türk siyasətçilərə yer verilməyib, amma digər vilayətlərdən olan bir neçə türk nazirin adı siyahıda mövcuddur».