vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
OLAY  
22:13 | 2 sentyabr 2017 | Şənbə Məqaləyə 1277 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Danışmağa halı yoxdur»

Rafiq Hüseynovun xanımı: «Xəstəxanada qalmaq istəmir, darıxır»

Rafiq Hüseynovun səhhətində yaxşılığa doğru heç bir irəliləyiş yoxdur. VAXT.AZ xəbər verir ki, bu barədə APA-ya açıqlamasında xalq artisti, məşhur diktor Rafiq Hüseynovun xanımı Səbinə Hüseynova məlumat verib.

Onun sözlərinə görə, xalq artisti hələ də reanimasiyadadır: «Əməliyyatdan sonrakı müalicələr davam edir. Səhhətində yaxşılığa doğru irəliləyiş yoxdur. Mən ümid edirdim ki, bu gün palataya köçürüləcək, amma həkimlər dedi ki, hələlik bu mümkün deyil. Həkimlərin sözlərinə görə, əməliyyatdan sonra bu cür hallar gözləniləndir».

Həyat yoldaşı əlavə edib ki, diktorun nitqində də problem yaranıb: «Danışmağa halı yoxdur, sanki yuxudadır. Mən söhbət etmək istəyirəm, amma o elə öz dediyini deyir. Xəstəxanada qalmaq istəmir, darıxır. Yemək də yemir. Avqustun 30-dan kateterlə qidalanır. Eyni zamanda oksigen maskasından da istifadə olunur».

Qeyd edək ki, R.Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, Türkiyədə əməliyyat olunub.