vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
TOP OYUNLARI  
20:31 | 18 sentyabr 2017 | Bazar ertəsi Məqaləyə 2620 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sumqayıt»a qayıtmayacaq istedad

Məşğuliyyəti kağız vərəqləmək olan klub prezidentinin, futbolçusu da oğurluq edər

CAVAD

MÖVZU İLƏ ƏLAQƏLİ

«Sumqayıt» xal itirir, xal qazanır. Baş qarışıb avrokuboka vəsiqə qazanmağa, əsas hədəf yaddan çıxıb. O hədəf ki, komandanın varolma səbəbidi.

Nicat Muxtarovu qınamaq asandı - əyri yola düşüb, oğurluq edib, cəzasını çəkəcək. Amma o, yalnız nisbətən çox tanınan birisidi, bu səbəbdən həbsi səs-küyə səbəb olub. Futbolçu olmaq üçün illərini verən, zamanı gələndə diqqətsizlikdən kənarda qalan, qayğı görmədiyindən bu işin başını buraxan o qədər cavan var ki...

Futbolçu olmaq təhsildən kənar düşmək deməkdi. Peşəkar karyera alınmayanda isə həm Əli, həm də Vəli aşından olanların seçim imkanı qalmır. Yaşamaq, dolanmaq lazım gəlir. Ona görə də karyerası uğursuz alınan idmançılar potensial cunayətkarlar sayılır. Tüfeyli həyatı, arzuolunmaz mühit və cinayət.

«Razborka» ustası olan neçə boksçu, cinayətkar qoruyan neçə ağırlıqqaldıran və s. görmüşük. Futbolçu da ən yaxşı halda oğru ola bilərdi. Ya vaxtilə cinayətkar qrupa qoşulub, onlara yemək daşıyan, indi isə həbsdə yatan Aleksandr Nurəliyev, ya da kabel oğurlayan Nicat Muxtarov.

Nicat ötən mövsümün sonunda hakimləri təhqir etdiyi üçün cəzalanmışdı. Cəzası da çoxdan bitib. Lakin yəqin ki, Sumqayıtda ona sahib çıxılmayıb, qayğısına qalınmayıb, proflaktik tədbirlər görülməyib və indi o, dəmir barmaqlıqlar arxasındadı.

Kabinetdə oturub futbol idarə etmirlər, lazım olanda futbolçunun nə vaxt yatdığını, nə yediyini, kiminlə dolaşdığını da nəzarətə götürürlər. Amma Sumqayıt kimi kiçik, az qala hamının bir-birini tanıdığı şəhərdə bu, mümkün olmayıbsa, deməli, klub prezidenti Kamran Quliyev yalnız kağız vərəqləməklə məşğuldu.

Klub rəsmisi Ceyhun Sultanov deyir ki, Nicatın atası bir neçə gün əvvəl telefonda oğlunun xəstə olduğunu, bu səbəbdən məşqə gəlmədiyini deyib. Görəsən, klub nümayəndələri gedib onu yoxlaya, problemləri ilə maraqlana bilməzdimi? Axı, ötən mövsüm əsas heyət üzvü olan Muxtarovu birdən-birə unutmaq, kənara atmaq olmaz.

«Sumqayıt» milli komandalara ehtiyat qüvvənin hazırlanması üçün yaşadılan klubdu. Və bu komanda ən istedadlı yarımmüdafiəçilərimizdən biri olan Nicatı yarıyolda atdı – kabel oğrularının, cinayət adamlarının ağuşuna...