AFFA hakimi səhv çıxardı
PFL Araz Abdullayevə qırmızı vərəqə göstərilməsini yanlış qərar sayır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Sadəcə milli ruh ...
De Byazini böyük məşqçi olmasa da, ağıllıdır
-
Qələbələr serialı ...
Mikrouğurlar eyforiya yaratmamalıdır
-
Mxitaryanın bacısı, yoxsa AFFA ...
Kim ölkəsinin futboluna daha çox xeyir verir?
-
“Hələ ölməmişəm ...”
Canni De Byazi: “Yeddi kiloqram arıqladım”
-
Yarasız əcnəbilərlə yollar ayrılır
Yeni rəhbərlik futbola nəzarəti Rövnəq-Elxan cütlüyündən almağa başlayıb
-
“Uşaqlar çox əziyyət çəkdilər”
De Byazi: “Start heyətdə meydana çıxanlar sonadək vuruşdular”
-
Tilsim qırıldı
Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb
-
26 azərbaycanlını utandıran gürcü
Hazırkı Millətlər Liqasında Xviça təkbaşına 3 qol vurub, bizimkilərsə 0...
-
AFFA-dan aralanan uğur
... Yaxud federasiyaya bağlı olmayan çempionluq
-
... “Bizim vaxtımızda” nağılı
“Biri vardı, bir yoxdu”suz başlayan ...
-
Futbol yenidən bölgələrə qayıdır...
AFFA-da ciddi islahatlar aparılmasa, çox təhlükəli “oyun” oynanıla bilər
-
Bundan dibi yoxdur ...
Ölkədə bir köməyi dəymədi, heç olmasa ...
-
Əliyar Ağayevin yeyilən haqqı
... Yaxud Ştuklihi dayandırın, Elxan Məmmədov!
-
AFFA-Qurban qovğası
.... Yaxud “Qarabağ”ın futbolçuları milli komandada niyə “çolaq” olurlar?!
-
AZAL Kiyevə uçuşları ləğv edib
Rəsmilər qərarın bu gün üçün nəzərdə tutulduğunu deyir
-
Kimdir ...?
AFFA, yoxsa Cavadov?
Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Profesional Futbol Liqasının (PFL) rəsmi saytında yayılan məlumata görə, İK Premyer Liqanın son turunda baş verən hadisələrlə bağlı aşağıdakı qərarlar verilib.
XXII Topaz Premyer Liqasının XXIV turunun «Neftçi» - «Qarabağ» matçının 62-ci dəqiqəsində «Neftçi» klubunun futbolçusu Araz Abdullayevə aqressiv oyuna görə birbaşa qırmızı vərəqə göstərilib. Lakin matçın videoyazısını izlədikdə futbolçunun həmin epizodda rəqibə qarşı aqressiv oynamadığı və hakimin epizodu düzgün qiymətləndirmədiyi aşkar edilib. Bu səbəbdən də, İntizam Komitəsi Premyer Liqanın XXIV turu çərçivəsində baş tutan «Neftçi» - «Qarabağ» matçında «Neftçi» klubunun futbolçusu Araz Abdullayevə göstərilmiş qırmızı vərəqəni ləğv edib.
Hakimlər Komitəsi matçın hakimləri haqqında lazımi ölçü götürüb İntizam Komitəsinə məlumat versin.
Oyunun 1-ci dəqiqəsində «Qarabağ» klubunun, matçın 62-ci dəqiqəsində isə «Neftçi» klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klublar 2000 manat cərimə olunub.
Premyer Liqanın XXIV turunun «Bakı» - «Sumqayıt» matçının 60-cı dəqiqəsində «Sumqayıt» klubunun futbolçusu Nodar Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimələnib.
Premyer Liqanın XXIV turunun «Rəvan» - AZAL matçının 46-cı dəqiqəsində «Rəvan» klubunun futbolçusu Cəmşid Məhərrəmov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, kluba 200 manat cəza kəsilib.
Oyunun 75-ci dəqiqəsində AZAL klubunun futbolçusu Joze Junior Ailton sonuncu ümid kobudluğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
Matçın 85-ci dəqiqəsində AZAL klubunun futbolçusu Viktor İqbekoyi idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimələnib.