vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 12 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
12:04 | 4 noyabr 2022 | Cümə Məqaləyə 1602 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mxitaryanın bacısı, yoxsa AFFA ...

Kim ölkəsinin futboluna daha çox xeyir verir?

Aydın BAĞIROV

MÖVZU İLƏ ƏLAQƏLİ

“Qarabağ”ın müdafiəçisi Marko Veşoviç “Frayburq”a vurduğu qolu bugünlərdə yeni doğulan ikinci qız övladına həsr etmişdi. Ona görə də monteneqrolu oyunçu sevincini Bebetosayağı məşhur tərzdə, körpəsinə qucağında laylay deyirmiş kimi qeyd etdi. Sonra gəlib “CBC Sport”un kamerasını dayanmadan öpərək sevincini teleekran vasitəsi ilə onu izləyən ailə üzvləri ilə bölüşdü.

Amma heç bir dəqiqə keçməmişdi ki, bu sevinci Veşoviçin də, onun doğma ailəsinin də, nəhayət, mənəvi ailəsinin - siz azarkeşlərin də əlindən tutub aldılar. Məhz həmin hakim qərarı doğru idimi, yanlış idimi, bunu müzakirə etmək artıq nəyisə dəyişməyəcək. Sadəcə, Veşoviçin bu an nə hiss etdiyini təsəvvür etməyə çalışıram, amma təsəvvür edə bilmirəm. Ona görə edə bilmirəm ki, bunu bilmək üçün qanınla, ruhunla, bütün varlığınla məhz Veşoviçin yerində olmaq lazımdır…

***

Qarabağın bir zamanlarkı qara taleyini zaman-zaman onun adını daşıyan komanda da yaşayıb, indi yaşayır. Nə cür yaşayır? Gözümüzün önündə baş verir axı hər şey. Haqqı əlindən alınmaqla yaşayır.

Təmiz qolları sayılmamaqla…

Təmiz penaltiləri verilməməklə…

Klubun, bütöv bir komandanın, futbolçuların, o futbolçuların övladlarının haqqına girilməklə yaşanır.

Bir deyil, iki deyil, üç deyil, dörd deyil…  Klub danışır, media etiraz edir, azarkeşin əsəbdən ürəyi parçalanır. Amma özümüz deyib, özümüz də eşidirik. Səsimiz həmin hakimləri bura göndərən UEFA-ya çatmır. Çatdırmırlar. UEFA-nın burda rəsmən tanıdığı qurum olan AFFA çatdırmır. Sponsorluğa görə milyonları bir gün belə gecikmədən çatdırır, amma insanlarımızın haqlı etirazını illərdir çatdırmır… 

Rəsmi, ya qeyri-rəsmi ciddi etiraz edilmir. Edilsə hakim səhvləri, VAR səhvləri bu həddə çatmaz, çata bilməzdi. UEFA-da “Qarabağ”a lobbiçilik etmirlər. Dəstək vermirlər. Bizim azarkeşin, klunun istəyi nədir? Nəticəyə təsir edən, təkrar edim, sırf nəticəyə təsir edən hakim səhvlərinin azalması. VAR-ın ədalətli işləməsi. Amma… 

Ammalar çoxdur. Çox olanda isə suallar da artır, şübhələr də.

***

Ermənilərin Henrik Mxitaryan adlı futbolçusu var. Bacısı UEFA-da işləyir. Tək canıyla ölkəsi üçün gücü çatan o iş qalmayıb ki, etməsin. Azərbaycanın da əleyhinə necə lazımdırsa, elə də işləyir. Bəs bizimkilər nə edib? UEFA-da, FİFA-da normal vəzifə tutanlarımız var. Orada təsir imkanları da az deyil. O dərəcədə ki, istəyəndə özlərini – özünü hətta FİFA-da direktor kimi yüksək vəzifəyə də gətirə bilir. Bu, balaca hadisə deyil. Öz çevrələrində  olanlara münasibətdə hər cür dəstək göstərilir. Lazım olanda ağır cəzaları belə yüngülləşdirə bilirlər. Amma söhbət bu ölkənin Avropa futbolundakı yeganə siması “Qarabağ”a çatanda bu cənablar olurlar lal-dinməz.

Çünki…

***

Yeri gəlmişkən, Mxitaryanın bacısının UEFA-dakı vəzifəsi, təsir imkanı, maddi gücü çox geniş də deyil. Yəni bizim oradakı “innovativ kadrlarımız”dan qat-qat zəifdir. Amma məsələ görünür, bir tək pulda, vəzifədə də deyil. Həm də milli təəssübkeşlikdədir. O da hərədə bir cür olur: kimdəsə böyük, kimdəsə kiçik.