vaxtlı-vaxtında oxuyun! Bazar, 10 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
09:24 | 26 mart 2022 | Şənbə Məqaləyə 2169 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AFFA-Qurban qovğası

.... Yaxud “Qarabağ”ın futbolçuları milli komandada niyə “çolaq” olurlar?!

Rəşad BAKUVİ Azərbaycan Yüksəliş Partiyası başqan müavini

MÖVZU İLƏ ƏLAQƏLİ

Futbolun cırtdan ölkə olmur. Sadəcə futbol oynamağı bacarmaq lazımdır. Hər zaman demişəm: futbol sadə oyundur, sadəcə biz azərbaycanlılar onu qəlizləşdiririk. Azərbaycan yığmasında zərrə emosiya, ürək, hirs, dinamika yoxdur. Hələ oyun ustalığı və keyfiyyəti qoyaq bir kənara. Bir Yaşar Nuri gərək ki, göz ağartsın: ALA, DİRİ OYNAYIN DAA! Hamısı fikrin hər mənasında “qudurdulmuş” FİTQOLçulardır. Rövnəqə qalsa, hamısını gərək QAVALAYA. Daha Berti Foqts da yoxdur ki, nəsə fokus-mokus göstərə.

90 dəqiqə bitincə ürəyimiz çəkildi. Yoldaşlıq görüşlərində, görmüşük, hesabı nəzərə almadan müxtəlif hücum kombinasiyaları, oyun variantları sınaqdan keçirilər, daha çox temp, daha açıq futbol oynanılar, nəyimiz var, nəyimiz yox ortaya çıxar. Heç nə yox idi. Futbol adına heç nə! Yalandan ora-bura qaçdılar. “Onsuz da bizik, başqası yoxdur” arxayınlığı ilə çıxıb yola verdilər sadəcə. Vəssalam!

Bir də, dili dilimizə yatmayan De Byazi bu Azər Salahlıda nə görüb ki, onu “sevimli” edib, başa düşülmür. Bir qəpiklik oyunu yoxdur. Adam nə qədər səhv edər, yerində olmaz, öz qapısında təhlükəli vəziyyətə səbəb olar? Bu məşqçi onda nə görüb ki, axıra qədər oynadır, anlamıram! Medvedevin də, Qaranın da “qarnının ağrısı” var. Yoxsa onların oyunu bu deyil. Hələ dünənin Abbasa, Torala baxın. Sanki Milli Komanda bunlar üçün sanki “Kür-Nur”dur. Bu cür oyunla nə demək istəyirlər, bilinmir..

Əslində, ən dəhşətli və təəccüblüsü də məhz budur: “Qarabağ”dan milliyə çağırılan futbolçuların heç biri öz oyunlarının heç 10 faizini ortaya qoymurlar. Nədir, sizi Qurban qoymur oynamağa? Deyib gedin yola verin gəlin, əsas çempionatdır. Özünüzü yormayın, zədələməyin?!

Ayıb deyil?! İzləyici uşaq deyil, hər şeyi yaxşı görür. Bu futbolçular milli komanda üçün can yandırmayıb gəzməyə, oyun pozmağa gəlirlərsə, niyə çağırırsınız? O qədər millidə oynamağa “ac” futbolçular var! bu “qocalar” millidə oynamaq istəmirlər. Çətindir bunu başa düşmək? Görünən odur ki, AFFA rəhbərliyi ilə “Qarabağ”ın arasındakı qovğanın bədəlini Milli Komandamız ödəməli olur. 

Nə isə, uzun sözün qısası, hamısını qovardım, inciməsinlər! De Byazinin isə yerinə olsam, İtaliyaya bilet alıb biryolluq gedərəm.

İmkan verin futbola azca da olsa sevgimiz qalsın. Bir də ki, inanın hələ bizim futbolçular nə oynadıqlarını bilmirlər, bəlkə də bilsələr futbol oynayırlar, dünyanı dağıdarlar.