Tilsim qırıldı
Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Sadəcə milli ruh ...
De Byazini böyük məşqçi olmasa da, ağıllıdır
-
Qələbələr serialı ...
Mikrouğurlar eyforiya yaratmamalıdır
-
Mxitaryanın bacısı, yoxsa AFFA ...
Kim ölkəsinin futboluna daha çox xeyir verir?
-
“Hələ ölməmişəm ...”
Canni De Byazi: “Yeddi kiloqram arıqladım”
-
Yarasız əcnəbilərlə yollar ayrılır
Yeni rəhbərlik futbola nəzarəti Rövnəq-Elxan cütlüyündən almağa başlayıb
-
“Uşaqlar çox əziyyət çəkdilər”
De Byazi: “Start heyətdə meydana çıxanlar sonadək vuruşdular”
-
26 azərbaycanlını utandıran gürcü
Hazırkı Millətlər Liqasında Xviça təkbaşına 3 qol vurub, bizimkilərsə 0...
-
AFFA-dan aralanan uğur
... Yaxud federasiyaya bağlı olmayan çempionluq
-
... “Bizim vaxtımızda” nağılı
“Biri vardı, bir yoxdu”suz başlayan ...
-
Futbol yenidən bölgələrə qayıdır...
AFFA-da ciddi islahatlar aparılmasa, çox təhlükəli “oyun” oynanıla bilər
-
Bundan dibi yoxdur ...
Ölkədə bir köməyi dəymədi, heç olmasa ...
-
Əliyar Ağayevin yeyilən haqqı
... Yaxud Ştuklihi dayandırın, Elxan Məmmədov!
-
AFFA-Qurban qovğası
.... Yaxud “Qarabağ”ın futbolçuları milli komandada niyə “çolaq” olurlar?!
-
Kimdir ...?
AFFA, yoxsa Cavadov?
-
Dalana dirənən futbol...
... Yaxud sorağı gəlməyən istedad
-
“Uşaqların məşq etməsi üçün top yoxdur”
Nazim Süleymanov: “Bu cür idarəetmə ilə futbol inkişaf edə bilməz”
Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirib. Canni De Byazinin baş məşqçi olduğu komanda Bakıda Belarusu qəbul edib.
“Dalğa Arena”dakı qarşılaşmaya Azərbaycan millisi daha üstün başlayıb. 3-cü dəqiqədə Azər Salahlının zərbəsindən sonra top qapının yanından keçib. Ardınca qonaqlar fərqlənməyə yaxın olsa da, qapıçı Şahruddin Məhəmmədəliyev iki epizodda qola mane olub.
Epizodların birində Riçard Almeyda topu qapının üstündən vurub. Daha sonra Emin Mahmudovun cərimə zərbəsi təhlükəli alınıb, lakin qapıçı Pavel Pavlyuçenko topun qapıdan keçməsinə icazə verməyib. İlk hissənin sonlarında Şahruddin Məhəmmədəliyev növbəti dəfə komandanı real qoldan xilas edib. Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
İkinci yarının əvvəlində də Azərbaycan yığması daha fəal olub. 46-cı dəqiqədə Abbas Hüseynovun zərbəsindən sonra top qapı dirəyinə dəyərək geri qayıdıb, Renat Dadaşovun zərbəsində isə dəqiqlik çatmayıb. 59-cu dəqiqədə zədələnən Eddi İsrafilovun yerinə meydana Coşqun Diniyev daxil olub. Mahir Emreli Renat Dadaşovu, Anton Krivotsyuk isə Azər Salahlını əvəzləyib. 73-cü dəqiqədə Abbas Hüseynov yerini Namik Ələskərova, Riçard Almeyda isə Aleksey İsayevə verib.
Azərbaycan yığması 76-cı dəqiqədə istəyinə çatıb. Mahir Emreli baxımlı qolla komandanı önə keçirib. 85-ci dəqiqədə qonaqlar hesabı bərabərləşdirməyə yaxın olsalar da, istəklərinə çata bilməyiblər. 87-ci dəqiqədə isə Ramil Şeydayev qapıçı səddini keçə bilməyib. Şeydayev 90+3-cü dəqiqədə topu rəqib qapıdan keçirməklə fərqi daha da artırıb.
Beləliklə, rəqibini 2:0 hesabı ilə məğlub edən Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb. Qrupun digər matçında Qazaxıstan evdə Slovakiyaya qalib gəlib - 2:1.
Komandalar arasında II tura təsadüf etmiş matçda qolsuz bərabərlik qeydə alınıb. Azərbaycan millisi ilk turda səfərdə Qazaxıstana 0:2, III turda evdə Slovakiyaya 0:1 hesabı ilə uduzub. Rəqib isə birinci qarşılaşmasında Slovakiyaya 0:1 hesabı ilə yenilib, III turda Qazaxıstanla heş-heçə edib - 1:1. Dörd oyundan sonra Qazaxıstan seçməsi 10 xalla liderdir. Slovakiya 6 xalla ikinci, Azərbaycan 4 xalla üçüncü, Belarus isə iki xalla sonuncu yerdədir.