vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
15:47 | 21 aprel 2022 | Cümə axşamı Məqaləyə 2266 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bundan dibi yoxdur ...

Ölkədə bir köməyi dəymədi, heç olmasa ...

Kənan MƏSTƏLİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

İlk baxışdan, Elxan Məmmədovun FİFA-da bir posta getməsinə sevinməliydik. Şəxsən mən sevinirəm. İki səbəbdən.

Birincisi odu ki, ən böyük tənqidçilərindən biri olsam da, Məmmədov həmyerlimizdi və ali futbol qurumunda bir azərbaycanlının təmsil olunmasının bizə heç bir ziyanı yoxdur, əksinə  böyük də xeyri var (ola bilər). Bir sözümüz olanda onun vasitəsilə daha rahat və daha tez çatdırmaq, ölkə futbolunun bir dərdinə əlac olmaq üçün əlavə imkan əldə edəcəyik. Ən azından buna ümid edirəm. Yadımdadır, hələ onun UEFA İcraiyyə Komitəsinə üzv olma ehtimalı olanda bunu böyük şans kimi dəyərləndirmiş, bir-iki dəstək statusu da yazmışdım. Çünki ortadakı məsələ milli məsələ idi. İndi də milli məsələdir. Burda bir köməyi dəymədi, heç olmasa orda nə isə eləsin.

İkincisi də odu ki, 15 illik fəaliyyəti dövründə Azərbaycan futboluna xeyri dəyməyən adam postundan gedir. Bir iş səndə alınmırsa, dirəşməyə, illah da “bacaracam” deyib, kreslodan yapışmağa ehtiyac yoxdur. Alınmır da. Bunu mən demirəm, həmin getdiyi FİFA-nın yığma komandaların reytinqində Azərbaycanın yeri, Premyer-Liqa və daha aşağı liqalardakı klubların sayı və durumu, uşaq futbolundakı vəziyyət və digər problemlər göstərir. Bəli, bütün bunların tək günahkarı məhz Məmmədov deyil, ancaq əsasların siyahısında öndə getdiyi şübhəsizdi.

İndi onun yerinə gələcək (hələ o da tam bilinmir ki, Məmmədov birdəfəlik əlini çəkib, ya yox) şəxs və rəhbərliyin kim olacağı bilinmir, amma dəqiq olan odu ki, bundan pis olmayacaq. Buna hətta and da içə bilərəm. Çünki bundan dibi yoxdur. Bu barədə çox yazılıb, deyilib, eyni sözü demək üçün sinonim axtarmaqdan yorulmuşuq, sözlər bitib, gücsüzdü. Ona görə daha bir təkrara getmirəm.

Bu barədə çox danışmamışam, amma yaxın dostlar bilir ki, Elxan Məmmədov mənə dəfələrlə zərbə vurmağa çalışıb, əməlli-başlı çörəyimlə oynayıb. Detallara getmirəm. Çətinliklərə rəğmən bütün bunları normal qarşılamışam, mübarizənin bir hissəsi kimi qəbul etmişəm. Heç vaxt da etik çərçivəni aşmamışam, bundan sonra da aşan deyiləm. Bizə yaraşmaz. Kinli adam da deyiləm, amma yaddaşım da yaxşıdır, heç nəyi unutmuram: pisi də, yaxşını da.

Elxan Məmmədov, sənə yaxşı yol. Tam səmimi şəkildə sənə uğur arzulayıram. Get, orda inkişaf elə, lap UEFA prezidenti ol, amma bura dəymə. İmkan ver, bu həyatdakı azsaylı sevinc mənbəyimiz, böyük sevgimiz olan futboldan zövq alaq. Qoy, millimiz federasiyanın yox, yenə xalqın olsun, yenə bölgədə futbol olsun, avrokuboklarda bir “Qarabağ”a ümid olmayaq. Futbol olsun, futbol! Vallah, başqa şey istəmirik. Futbol istəyirik, top oyunu. Milyardların sevgisi olan oyundan. Çox şey istəmirik.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)