24 saatda 4 ilin qazancı
Məşqçi işi və bizim istədiyimiz milli
16:55 | 26 fevral 2019 | Çərşənbə axşamı
Məqaləyə 2728 dəfə baxılıb
Şriftin ölçüsü
Məşqçi işi və bizim istədiyimiz milli
... Yaxud əcnəbi məşqçilərin “əhəmiyyəti”
Millini növbəti oyuna U-21 komandamızın baş məşqçisi çıxaracaq
Ölkə futbolunu kökünə balta vuranlar ...
“Qartal”lar qələbəyə daha layiq tərəf idi
... və Allah ümidinə qalan “Kəpəz”
Oynamaq da, qalib gəlmək də olar
“Bəs biz harda oynayaq?” ...
... Yaxud Qurban Qurbanovun heyrəti, atmacaya cavabı
Bunu bu işin eksperti deyir
... Yaxud işi bilənlərə tapşırmağın nəticəsi
... Yaxud Sumqayıt vaxt keçirəcək yer deyil
Komandada cibini, gəlirlərini düşünənlərin sayı az deyil
Stadiona qoldan başqa hər şey vardı
Premyer Liqaya çıxanlar indidən rəqabətə başladı
Əvvəlkilər prinsipial mövqeyə görə düşmənçilik edilirdi, yeni gələnlər niyə eyni yolu tutub?
AFFA-nın baş katibi Elxan Məmmədovun “CBC Sport”da qonaq olduğu verilişdə dilə gətirdiklərindən gün kimi aydın olan bir şey var idi: bu adam futbola, xüsusən də, Azərbaycan futboluna faydalı olduğuna əmindir. Sitat:
“Rəhbərlik düşünsə ki, müqaviləyə xitam verilmə vaxtıdır, mən qərara hörmətlə yanaşaraq, dərhal icra edərəm. Futbola heç nə gətirə bilmədiyimi düşündükləri vaxt bunu edəcəklər. Bu, istefamın hüquqi tərəfidir… İrəlidə müxtəlif layihələr var. Onları mütləq yerinə yetirməliyəm. Bunu edəcəm”.
İroniyanı, sarkazmı, hirsi, məyusluğu, hər şeyi bir kənara buraxaq və sakitcə aydınlaşdırmağa çalışaq. Aydınlaşdıraq, Elxan Məmmədov Azərbaycan futboluna nə verib? Elxan Məmmədov Azərbaycan futbolundan nə alıb?
Siz heç vaxt istefa verməyəcəksiniz, Elxan Məmmədov. Azərbaycanda vəzifə tutanlarda istefa mədəniyyəti heç vaxt olmayıb, olmur, yəqin olmayacaq da. AFFA rəhbərliyinin sizi istefaya göndərməsi də heç vaxt olmayacaq. Çünki o dediyiniz rəhbərlik elə siz özünüzsünüz. Qərar verən də, icra edən də siz özünüzsünüz. İcraiyyə Komitəsi adlı “kukla teatrı” yaratmısız və Azərbaycan futbolunu istədiyiniz kimi idarə edirsiniz. Sizə heç kim heç nə edə bilməz. Dağıdın, Məmmədov, neftin pullarını istədiyiniz kimi dağıdın… Axı siz futbola çooox lazımlı adamsız.