vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
12:00 | 4 mart 2018 | Bazar Məqaləyə 2410 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sumqayıt»ın tək ağası

Abasovun klubu avrokuboklara doğru inamla irəliləyir

FƏRİD

MÖVZU İLƏ ƏLAQƏLİ

«Sumqayıt» mövsümün sürprizi olmaqda davam edir. Ölkə kubokunda titulun sahibi, çempion «Qarabağ»ı da ələyərək yarımfinala yüksələn komanda, çempionatda 4-cü pilləni kimsəyə güzəştə getmir.

«Gənclik şəhəri» təmsilçisi həm də mövsümün ən şən, ən baxımlı futbol oynayan komandasıdır. Və bütün bunlarda baş rolun ifaçısı Samir Abasovdur. Baş məşqçi əla kollektiv formalaşdırıb, yavaş-yavaş əkdiyi ağacın meyvələrini toplayır. Avropa Liqasına vəsiqə ümidləri bu qədər real olmayıb.

Samirin uğurlarının arxasında təkcə məşqçi bacarığı dayanmır. Hə, təbii ki, bu da var. Amma Abasovun ən böyük üstünlüyü xarakteridir. Bir az çılğın, bir az dəlisov, bir az da əyləcsiz. Komandada həm vahid ailə yaradıb, həm də əla rəhbərdir.

Naci Şensoy, Böyükağa Hacıyev kimi məşqçilərdən sonra klublarımızda bir az bozluq var idi. Samir bu boşluğu da doldurur. Onun açıqlamaları əksər vaxt söz-söhbətə səbəb olur. Düşündüyünü dilinə gətirir, öz haqqının yedirtməmək üçün bəzən ən köntöy formada danışır.

«Qarabağ»la dünənki oyundan sonra da belə oldu. Mətbuat konfransında Samir «Neftçi»yə gedən sabiq prezidentləri və menecerlərini «Sumqayıt»ın uğurlarına şəriklikdən rədd etdi: «Əvvəl bilirdik ki, prezident otağındadır. Çalışırıq ki, onların yoxluğunu hiss etdirməyək. Sadəcə, əvvəl futbolçulara deyirdik ki, «Sumqayıt»a gəl, milliyə düşəcəksən, indi də prezidentlərə deyirik».

Fantastik açıqlamadı. Samir az qala demək istəyir ki, Kamran Quliyevi, Ceyhun Sultanovu «Neftçi»yə mən göndərmişəm – komandanı yüksək səviyyəyə qaldırmışam, nəticələrimiz həm də onların uğurları kimi göründüyündən Quliyevlə Sultanov daha böyük kluba yollanıb.

Bugünkü «Sumqayıt»ın meydandakı uğurlarlarının birbaşa səbəbkarı Abasovdur. Dəfələrlə qovulmaq həddində olan, «dəli» kimi tanınan bu mütəxəssis komandanın qurulmasında əsas memardır. Lakin insaf naminə, Quliyevi tamamilə kənara qoymaq düzgün deyil. Futbol bilgiləri üst səviyyədə olmasa da, klubun sabit fəaliyyətində onun da xidməti olub. Düzdü, əsas komanda ilə bağlı Samirin seçdiyi istiqamət həlledicidir, lakin prezidenti yalnız «gəlib, çayını içib gedən biri» kimi təqdim etmək azacıq haqsızlıqdır.

Samir heç vaxt «Sumqayıt»ın sabiq rəhbərliyi ilə bir xəttin adamı olmayıb. O, sadəcə, işi ilə o postda davam gətirirdi. Abasov daha çox milli komandalarda söz sahibliyinə yiyələnən Qurban Qurbanov – Rəşad Sadıqov tandeminə yaxın insandır, onlar kimi əziyyəti ilə ucalanlardandır. Rəşadla münaqişəsi düşən azarkeşə çəp-çəp baxması, onları qınaması da bunu sübut edir.

«Sumqayıt» avrokuboklara doğru inamla irəliləyir. Əsas rəqib olan «Neftçi» ilə xal fərqi yaradılıb, «Keşlə»ni isə kubokdan uzaqlaşdırmaq üçün imkanlar öz əlindədir. Tempi saxlamaq, həyəcanı azaltmamaq, tonusda qalmaq lazımdır. Abasov bunu bacaracaq. «Sumqayıt»da komandanın rəhbəri kimi tək qalsa da…