vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
QALMAQAL  
12:31 | 24 yanvar 2014 | Cümə Məqaləyə 2838 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İstəyinə nail oldu»

Qələndər Muxtarlı Rauf Arifoğluna kinayəli təşəkkür etdi

İLKİN

MÖVZU İLƏ ƏLAQƏLİ

«Hərə bir cür ifadə edir. Kimsə bunu qovmaq kimi təqdim edir, digəri isə başqa cür. 2000-ci ildə həbsdən çıxanda deputatlığa namizədliyimi irəli sürdüm. Bunu partiyanın qərarı əsasında etmişdim. Amma partiya o dairədən başqa partiyanın namizədini dəstəklədi. Doğrudan da, mən bundan təəccübləndim, partiyanın siyasi məhbusunu deyil, kənar adamı müdafiə edirlər».

Bunu Modern.az-a Azərbaycan Milliyyətçi Demokrat Partiyasının (AMDP) yaradıcılarından olan Qələndər Muxtarlı partiyadan qovulması ilə bağlı iddialara münasibət bildirərkən deyib. O bildirib ki, 2000-ci ildən sonra bir müddət partiyaya getməyib: «2005-ci ildə İsgəndər Həmidov azad olunandan sonra qayıtdım. Həmin ilin sentyabrında Türkiyədə olduq. Yəni, partiyadan özüm getmişəm. Eyni qayda ilə İsgəndər Həmidov partiyanı tərk etdi. Mənim getməyimə hansı hadisələr səbəb idisə, Həmidov üçün də həmin hadisələr səbəb idi. Sonra Ümid Partiyasına getdim. İqbal bəylə yaxın münasibətlərimiz var. Bu gün də davam edir. Ona təşkilatlanmaqda müəyyən qədər köməyim oldu. İqbal bəy də bilirdi ki, onlara bir müddət kömək etmək üçün gəlmişəm. Oradan da dost kimi ayrılmışıq. Sonra təkrarən AMDP-yə gəldim. Bu dəfə də təşkilat komitəsi yaradılanda dedim ki, komitədə olmaq fikrim yoxdur. Məsələ belə olub. İndi bu cür açıqlamaları təəccüblə qarşılayıram. Kim necə istəyirsə, o cür  də desin. Hər cür böhtan, şər deyilə bilər».
Q.Muxtarlı AMDP-nin qurucularından olan, sabiq daxili işlər naziri İsgəndər Həmidovun son müsahibəsində onun haqqında dediklərinə isə münasibət bildirmək istəməyib: «Bu barədə, ümumiyyətlə, danışmaq istəmirəm. Birtərəfli qaydada açıqlamaları dayandırmışam. Sadəcə, Rauf Arifoğluna təşəkkür edirəm, istəyinə nail oldu.  Bundan sonra İsgəndər Həmidovun açıqlamalarını izləyəcəm».